Qaynar xətt:

(+99450) 247 90 86

Adil İsmayılovla bağlı VACİB QƏRAR

Adil İsmayılovla bağlı VACİB QƏRAR

SİYASƏT

913

25.09.2019, 10:56

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Adil İsmayılovun vəkillik fəaliyyətinin bir il müddətinə dayandırılması barədə qərar ləğv edilib.
Oxu24.com  xəbər verir ki, bu barədə Adil İsmayılov \"Facebook\" səhifəsində məlumat verib.
\"Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir il müddətinə vəkillik fəaliyyətimin dayandırılması barədə özünün 9 sentyabr 2019-cu il tarixli qərarını ləgv etdi\", - deyə vəkil bildirib. Qeyd edək ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sentyabrın 9-da keçirilən iclasında Adil İsmayılovun vəkillik fəaliyyətinin intizam icraatı çərçivəsində bir il müddətinə dayandırılması barədə qərar qəbul edilmişdi. Adil İsmayılovun cəzalandırılmasına bir neçə həmkarının şikayəti səbəb olmuşdu. Şikayətdə Adil İsmayılovun sosial şəbəkədə Vəkillər Kollegiyası üzvlərinin ünvanına xoşagəlməz ifadələr işlətməsi qeyd olunub.