Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlikdən Balakəndə yayılan naməlum xəstəliklə bağlı - Açıqlama

2019-09/1568719171_baleken-xestelik-01.jpg

SİYASƏT

1163

17.09.2019, 15:19

\"\"  Sosial şəbəkələrdə Balakən rayonunun Yeni Şərif və Qaysa kəndlərində naməlum xəstəliklərin aşkarlanmasına dair məlumat yayılıb. Yayılan məlumatlar insanlar arasında geniş müzakirələrə səbəb olub.
Oxu24.com  xəbər verir ki, Səhiyyə Nazirliyi Balakəndə yayıldığı iddia edilən naməlum xəstəliklə bağlı açıqlama yayıb.
Nazirlikdən verilən məlumatada Yeni Şərif və Qaysa kəndlərində karantin elan edilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun olmadığı bildirilir. Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Dilbər Quliyevanın Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinə verdiyi məlumata görə, adıçəkilən kəndlərin tibb məntəqələrinə hər hansı bir xəstəliklə bağlı müraciət edən olmayıb. Həmin kəndlərə yaxın ərazidə yerləşən Qabaqçöl qəsəbə xəstəxanasına da adıçəkilən kənd sakinlərindən hər hansı bir müraciət qeydə alınmayıb.