Qaynar xətt:

(+99450) 247 90 86

DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır

DTX Rəşad Atakişiyevin ailəsinin müraciətini araşdırır

SİYASƏT

972

17.09.2019, 12:42

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Dövlət Təhlükəsizliyi Xidməti (DXT) pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından sosial şəbəkələrdə saxta profil açılması ilə bağlı müraciəti icraata götürüb.
Bu barədə  Oxu24.com  -a MiQ-29 hərbi təyyarəsi ilə qəzaya düşərək həlak olan pilot Rəşad Atakişiyevin qayınatası, politoloq Qabil Hüseynli bildirib.
Onun sözlərinə görə, bu məsələnin aydınlaşdırılması istiqamətində addımlar atılır: \"Dövlət Təhlükəsizliyi Xidməti müraciətə kifayət qədər ciddi yanaşır. İnanırıq ki, mütləq şəkildə nəticə əldə olunacaq\". Qeyd edək ki, sosial şəbəkədə pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovanın adından saxta profil açılıb. Həmin profil vasitəsilə insanlardan maddi yardım istənilib.