Qaynar xətt:

(+99450) 247 90 86

Qərb üçün DƏHŞƏTLİ SÜRPRİZ: Ərdoğan istədi, Putin bu gün göndərdi - FOTO

2019-09/1568398659_araplar_mansetlerine_tasidi_erdogan_ve_putin_1505640819_577.jpg

SİYASƏT

1059

13.09.2019, 22:16

\"\" Rusiya 17-22 sentyabr tarixlərində İstanbulda keçiriləcək TEKNOFEST aviasiya və kosmik texnologiyalar sərgisində nümayiş olunması üçün Su-35 qırıcısını Türkiyəyə göndərib.
Oxu24.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, Baykar Texniki məsələlər üzrə direktor və Türkiyə Texnologiya Komandası Vəqfinin rəhbəri Səlçuk Bayraktar İstanbula enən qırıcının fotosunu paylaşıb. \"Sürpriz qonaqlarımızdan biri gəldi\", - o, rus qırıcısının Türkiyəyə gəlməsini şərh edib.
Xatırladaq ki, avqustun 27-də Moskvada keçirilən “MAKS-2019” aviasiya və kosmos sərgisinin açılışında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə TEKNOFEST-ə Su-35 qırıcısının göndərilməsini təklif etmişdi. Qırıcını İstanbula göndərən Putin həmkarının təklifinə müsbət cavab verib. Bu, Rusiya-Türkiyə əməkdaşlığının genişlənməsini həzm etməyən ABŞ başqa olmaqla, Qərbə növbəti sərt siqnal hesab oluna bilər. Ərdoğanın “MAKS-2019”-da olarkən Su-35 qırıcıları ilə yaxından tanış olması Qərb dairələrində müsbət qarşılanmamışdı. Su-35 qırıcısının Türkiyəyə gəlməsi həm də bu hərbi texnikanı əldə etmək istəyinin açıq ifadə olunması kimi qiymətləndirilir. Ankara dəfələrlə bəyan edib ki, ABŞ F-35 qırıcılarını satmaqdan imtina edərsə, Türkiyə alternativlər axtarmalı olacaq. Su-35 isə F-35 qırıcısına ən real alternativ hesab olunur.