Bakının Kürdəxanı kənd sakinləri tərəfindən Oxu24.com saytına məktub daxil olub. Kənd sakinlərinin bildirdiyinə görə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərişi ilə salınacaq park naməlum şəxslər tərəfindən hasarlanıb.
Kənd sakinlərinin şikayətini təqdim edirik:
Bu ilin may ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva kəndimizə, Bakının Sabunçu rayonundakı Kürdəxanı qəsəbəsində olub. Orda olduğu müddətdə Mehriban xanım dedi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Yerli sakinlərin asudə vaxtlarının səmərəli keçirtmələri üçün Mehriban xanım Kürdəxanı qəsəbəsində (əvvəlki Meyvə Tingliyi Savxozunun ərazində) istirahət parkının salınması üçün göstəriş verib. Yaxın günlərdə parkın açlışı olacağı gözlənilir. Lakin bəzi işbazlar salınacaq parkın böyük bir hissəsini zəbt edərək hasarlayıblar Nəzərinizə çatdırım ki, park zeytun ağaclarından ibarət olan “Zeytunluq” deyilən ərazidə salınıb və sözü gedən işbaz ərazidə olan zeytun ağaclarını da hasarladığı əraziyə daxil edib. Yerli sakinlərin bununla bağlı Sabunçu rayon icra hakimiyyətinə ünvanladığı müraciətlər də cavabsız qalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlhan Əliyev qanunsuz tikililəri cinayət adlandırır , Birinci Vitse - Prezident yerli sakinlərin istifadəsi üçün park salınmasına göstəriş verir və kimsə kimlərdənsə cəsarət alaraq salınacaq parkın ərazisində qanunsuz tikinti işləri aparır. Doğrusu cəsarətin bu qədəri də adamı təəccüblənirməyə bilmir. Ümid edirik ki, əlaqədar təşkilatlar bu cəsarətli adamla, ona cəsarət verən verənlərlə bağlı bir ölçü götürər.
Hörmətlə, Kürdəxanlılar adından Tofiq Əli Kürdəxanlı.
Oxu24.com
ŞƏRHLƏR