Qaynar xətt:

(+99450) 247 90 86

Deputatdan "Zəfər Günü" AÇIQLAMASI:Xalqın milli güc potensialını səfərbər edərək onu real gücə çevirən məhz liderdir

Deputatdan \"Zəfər Günü\" AÇIQLAMASI:Xalqın milli güc potensialını səfərbər edərək onu real gücə çevirən məhz liderdir

SİYASƏT

126

08.11.2026, 09:23

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Hər xalqın tarixində elə günlər olur ki, təqvimdəki sadə rəqəm bir millətin yaddaşına, taleyinə və gələcəyinə çevrilir. 8 Noyabr Azərbaycan üçün məhz belə bir gündür. Bu, sadəcə Şuşanın qayıtdığı tarix deyil, otuz ilə yaxın davam edən haqsızlığa, işğala və illərlə kağız üzərində qalan beynəlxalq qətnamələrə qoyulmuş nöqtədir. 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi illərlə yerinə yetirilmədi, ədalət gözləyən xalq isə səbrini, ordusunu və iradəsini qurmağa davam etdi. Amma Zəfər təkcə döyüş meydanında qazanılmadı. Müasir müharibənin qanunları dəyişib: cəbhə xətti artıq yalnız xəritədə deyil, diplomatik masalarda, informasiya məkanında, dünya telekanallarının efirlərində də keçir. 2020-ci il sentyabrın 27-də başlayan 44 gün ərzində Azərbaycan eyni vaxtda üç cəbhədə mübarizə apardı: hərbi, siyasi-diplomatik və informasiya. Bir tərəfdə dronlar, kəşfiyyat və dəqiq zərbələr, digər tərəfdə beynəlxalq təzyiqlərə qarşı təmkin və prinsipiallıq, üçüncü tərəfdə isə dünya auditoriyasına birbaşa ünvanlanan söz. Bu üçlüyün uyğunluğu qələbənin sirrini izah edən əsas açarlardan biridir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu Oxu24.com-abildirib ki, müxtəlif fasilələrlə və müxtəlif mərhələlərdə davam edən 30 illik Ermənistan-Azərbaycan müharibəsində Azərbaycanın erməni işğalçılarına qalib gəlmək üçün həmişə potensialı olub. Lakin bu potensialın real gücə çevrilməsi Ümummilli Lider Heydər Əliyev tərəfindən başlanıb və Azərbaycan Prezidenti tərəfindən sona çatdırılıb. Deputatın sözlərinə görə, əldə etdiyimiz tarixi zəfər kontekstində liderin rolu yenidən qiymətləndirilməlidir, çünki xalqın milli güc potensialını səfərbər edərək onu real gücə çevirən məhz liderdir.

O əlavə edib ki, Azərbaycan Prezidentinin tarixi zəfərimizdə həm siyasi, həm hərbi, həm də strateji memar kimi rolunu tarixin özü qiymətləndirib.

Millət vəkili vurğulayıb ki, əldə olunan tarixi zəfər sadəcə döyüş meydanında qazanılan qələbə deyil: “Bu zəfərin çoxsaylı komponentləri var. Çünki hazırkı tarixi mərhələdə müharibələr hibrid müharibə kimi səciyyələndirilir və onun komponentlərindən biri də informasiya müharibəsidir”.

H.Babaoğlu qeyd edib ki, Azərbaycan Prezidenti bir tərəfdən Ali Baş Komandan kimi müharibəyə rəhbərlik edir, torpaqlarımızın işğaldan azad olunması üçün hərbi strategiyanı müəyyənləşdirirdi. Digər tərəfdən isə informasiya müharibəsində Azərbaycanın maraqlarını qoruyurdu.

Deputat bildirib ki, çoxsaylı beynəlxalq media mərkəzlərinin Ermənistan tərəfindən Azərbaycana qarşı necə istifadə olunduğunun şahidi olduq. Azərbaycan Prezidentinin isə bu savaşda necə qalib gəldiyini böyük milli qürurla izlədik.

Onun sözlərinə görə, Azərbaycanın ədalətli mövqeyinin dünyaya çatdırılması, siyasi-diplomatik müstəvidə həqiqətlərin olduğu kimi qətiyyətlə səsləndirilməsi qələbənin əldə olunmasına böyük töhfə verib.

Turan Etibaroğlu