Qaynar xətt:

(+99450) 247 90 86

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

Mehriban Əliyeva Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib

SİYASƏT

104

08.11.2026, 08:41

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.

Oxu24.com xəbər verir ki, paylaşımda deyilir:

“Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!

Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN”.