Qaynar xətt:

(+99450) 247 90 86

Eyvazovdan yeni - TƏYİNATLAR

2019-09/1567599665_vilayet_eyvazov_1562763735.jpg

SİYASƏT

1009

04.09.2019, 16:20

\"\"  Daxili İşlər orqanlarında növbəti təyinatlar olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Yunis Ələsgərov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin rəisi təyin olunub. Y.Ələsgərov bundan əvvəl həmin bölmənin rəis müavini olub. Nazirin digər əmrinə əsasən, Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə rəis təyin edilib. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı İltimaz Yusifli bu vəzifəyə təyinat alıb. Bakı Şəhər Baş Polis İdarəsindən təyinatları saytımıza təsdiq ediblər.