Qaynar xətt:

(+99450) 247 90 86

Ramil Usubovla danışıqlar aparmaq üçün Bakıya gəlir

SİYASƏT

917

03.09.2019, 12:13

\"\"  Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Rusiya ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair ikitərəfli məsləhətləşmələr aparmaq üçün Bakıya gələcək. Bu barədə “TASS” agentliyinə Şuranın Mətbuat xidmətindən bildirilib. “Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana səfər edəcək.  O, Bakıda Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və hər iki ölkənin bir sıra nazirliklərinin və dövlət strukturlarının nümayəndələri ilə Rusiya-Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair məsləhətləşmələr aparacaq”, - deyə məlumatda qeyd olunub.