Ceyhun Bayramovun o XƏBƏRDARLIĞI – Bakının səbri tükənə bilər
01 Noyabr 2026, 20:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2781
12.10.2026, 16:59
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də İran İslam Respublikasının daxili işlər naziri İsgəndər Momenini qəbul edib.
Oxu24.com xəbər verir ki, dövlət başçısı ölkələr arasında bütün istiqamətlərdə olduğu kimi, təhlükəsizlik, ictimai asayişin qorunması sahəsində də yüksək səviyyədə əməkdaşlığın həyata keçirilməsinin vacibliyini vurğuladı.
Prezident İlham Əliyev İranın Daxili İşlər Nazirliyinin nümayəndə heyətinin səfərinin uğurlu olacağına əminliyini bildirdi və bunu ikitərəfli təmasların davamı kimi qiymətləndirdiyini dedi. Bu xüsusda dövlətimizin başçısı bir müddət əvvəl Azərbaycan nümayəndə heyətinin İrana səfərini və orada önəmli görüşlər keçirdiyini xatırladı.
OXU: Xalq artistindən məktəblərdə hicab məsələsinə MÜNASİBƏT
Məktəb direktorunun maşınını YANDIRDILAR -FOTOLAR
Nazirlikdən pensiya artımları ilə bağlı RƏSMİ AÇIQLAMA
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən İsgəndər Momeni dost və qardaş Azərbaycana səfər etməkdən məmnunluğunu vurğuladı.
O, Prezident Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdıraraq qeyd etdi ki, İranın dövlət başçısı Prezident İlham Əliyevlə son dövrlərdə keçirdiyi görüşləri səmimiyyətlə xatırlayır.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Prezident Məsud Pezeşkiana çatdırmağı xahiş etdi. Dövlət başçısı da öz növbəsində İran Prezidenti ilə son dövrlərdə tez-tez görüşdüyünü deyərək, bir neçə gün əvvəl onunla Türkmənistanda keçirdiyi görüşü xatırladı.
Nazir vurğuladı ki, İran Prezidenti ölkələrin müvafiq qurumları arasında münasibətlərin inkişafına xüsusi əhəmiyyət verir.
Azərbaycanın İran üçün dost və qardaş ölkə olduğunu deyən İsgəndər Momeni İranda müxtəlif zamanlarda baş vermiş hadisələr, o cümlədən güclü zəlzələlər və meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi humanitar yardıma və dəstəyə görə bir daha təşəkkürünü bildirdi.
İranın daxili işlər naziri hazırda bölgədə gərginliyin aradan qaldırılması istiqamətində aparılan danışıqlar prosesi barədə dövlət başçısına məlumat verdi.
Prezident İlham Əliyev Yaxın Şərq regionunda mövcud gərginliyin danışıqlar yolu ilə həllini tapacağına ümidvar olduğunu dedi.
Söhbət zamanı ölkələrin müvafiq qurumları arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
20:55 / 01 Noyabr 2026
47
20:49 / 01 Noyabr 2026
56
20:35 / 01 Noyabr 2026
210
20:24 / 01 Noyabr 2026
83
20:20 / 01 Noyabr 2026
210
19:59 / 01 Noyabr 2026
105
19:55 / 01 Noyabr 2026
137
19:50 / 01 Noyabr 2026
248
19:36 / 01 Noyabr 2026
98
19:28 / 01 Noyabr 2026
88
19:15 / 01 Noyabr 2026
287
19:09 / 01 Noyabr 2026
162
19:01 / 01 Noyabr 2026
1081
19:00 / 01 Noyabr 2026
83
18:57 / 01 Noyabr 2026
105
18:24 / 01 Noyabr 2026
79
17:00 / 01 Noyabr 2026
91
16:37 / 01 Noyabr 2026
639
16:29 / 01 Noyabr 2026
540
16:23 / 01 Noyabr 2026
108
16:18 / 01 Noyabr 2026
1155
16:14 / 01 Noyabr 2026
967
16:10 / 01 Noyabr 2026
137
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.