Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
17323
az

MİQ-29 qəzasında Rusiya ŞÜBHƏSİ - Eldar Namazov MN-dən detallı rəsmi açıqlama gözləyir

11:2530 Avqust, 2019
935
SİYASƏT
  • A
 
Son bir ay ərzində dünyada və ölkəmizdə baş verən proseslər ictimai əhəmiyyətlilik prinsipini nəzərə alsaq, kifayət qədər maraqlı və ağrılı oldu. Xüsusi ilə MİQ-29 təyyarəsinin qəzaya uğraması və şəhid pilotumuzun nəşinin xeyli vaxt tapılmaması ən çox narahatlıq yaradan, müzakirə olunan mövzu oldu. Hətta o səviyyədə ki, bu müzakirələr hələ də davam edir. Rəsmi açıqlama verilsə belə... Mövzunun aktuallığını və prezidentin keçmiş köməkçisinin bu ərəfədə ölkədə olmadığını nəzərə alaraq, Eldar Namazova bir neçə sualımız oldu.

Prezidentin eks-köməkçisinin Redaktor.az-a müsahibəsini təqdim edirik:

- Neçə vaxt idi, burda yox idiniz. Bölgədə və dünyada baş verən prosesləri izləmək imkanınız var idimi?

- İldə bir neçə dəfə səhhətimlə bağlı xarici ölkələrə səfərlər edirəm. Avqust ayı da həmin aylardan biri idi. Vətəndən aralı olsam da, prosesləri izləməyə çalışırdım. Çünki müasir dünyada hansı ölkədə, qitədə olmandan asılı olmayaraq, öz vətənində gedən prosesləri izləmək problem olmur. Sosial şəbəkələr və internet vasitəsi ilə bunu asanlıqla etmək olur. Ona görə də çalışırdım hər gün prosesləri izləyim. Onsuz da bilirdim ki, qayıdanda jurnalistlər məndən çoxsaylı müsahibələr istəyəcəklər.(Gülür)



- Bu ərəfələrdə gündəmi zəbt edən əsas hadisə MİQ-29 təyyarəsinin qəzaya uğraması oldu. Bu qəzaya yanaşma birmənalı olmadı. Sizin fikriniz  də maraqlı olardı

- İlk növbədə şəhid zabitimiz Rəşad Atakişiyevə Allahdan rəhmət, ailəsinə isə səbr diləyirəm. Belə peşəkar zabiti itirmək bizim üçün çox ağrılıdır. Bu hadisə ilə bağlı ilk gündən mənim üçün iki məqam qaranlıq qaldı. Bu günə kimi də həmin suallar mənim üçün açıq qalır. Birincisi qəzanın səbəbi və ya səbəbləridir. Müdafiə Nazirliyinin bununla bağlı açıqlaması çox qısa oldu, detallar açıqlanmadı. Digər tərəfdən, qəzanın səbəbləri ilə bağlı alternativ versiyalar da irəli sürüldü. Rəsmi açıqlama qısa olduğundan alternativ versiyaya inananlar öz fikirlərindən dönmədilər. İkinci müəmma isə, bizim bu sahəyə cavabdeh olan şəxslərin qəzaya uğramış təyyarənin 1 aya yaxın müddət ərzində tapa bilməməsi idi. Bu qəza okeanın ortasında olmamışdı. Xəzər dənizində, bizim sektorumuzda baş vermişdi. Nəzərə alaq ki, müasir hərbi təyyarələr lazımi avadanlıqlarla təchiz olunur. Eyni zamanda bu cür hadisələr baş verəndə, qəzaya düşmüş təyyarənin yerini müəyyən etmək üçün radarlar olur. Hətta pilotların özlərinin fərdi radarları da olur. Bir çox ordularda pilotları da individual radarlarla təchiz ediblər. Pilotlar paraşütlə katapult etməyi bacarsa, sonra onları axtarıb tapmaq üçün bu sistemdən istifadə edilir. 1 aya yaxın axtarışların aparılması mənim üçün ciddi müəmmadır. Bu axtarışlar bir neçə gün davam edə bilərdi. Axtarışların bir ay uzanması artıq müəyyən suallar yaradır.

- Şəxsən sizdə hansı suallar yarandı? Məsələn, bəziləri düşündü ki, axtarışların bu qədər uzanmasını, qara qutunun tapılmamasını istəyən qüvvələr var. Bu ehtimal sizi məşqul edən o suallara nə qədər yaxındır?

- Əslində bu cür qəzalar adətən bir neçə səbəbdən olur. Ya üçüncü qüvvələrin müdaxiləsi ilə, ya texniki nasazlıqla bağlı, ya da təbii fors-major hallarda. Necə ki, rəsmi açıqlamada da təyyarənin qəzaya uğramasına səbəb kimi 3 hal göstərildi. Ancaq rəsmi açıqlama çox qısa olduğuna və üstəlik axtarışların 1 aya yaxın davam etdirilməsinə görə bu qəzada müəmmalı məqamlar hələ də qalmaqdadır. Hesab edirəm ki, daha geniş açıqlama vermək və bütün bu məsələlərə aydınlıq gətirmək çox vacibdir. Azərbaycanın hazırda torpaqlarının 20%-i işğal altındadır və qarşıda bu torpaqların azad edilməsi üçün əməliyyatların həyata keçirilməsi gözlənilir. Belə şəraitdə cəmiyyətin orduya olan inamına, münasibətinə heç bir xələl gətirmək olmaz. Bu sahədə hansısa müəmmalı məqamları açıq saxlamaq olmaz. Burada tam aydınlıq olmalıdır. Çünki cəmiyyətdə orduya xüsusi diqqət və hörmət var. Bütün bunları nəzərə alaraq, bu məsələyə həssas yanaşmaq və ictimai marağı nəzərə almaq lazımdır. Daha geniş, detallı açıqlamaya ehtiyac var.

- Belə çıxır ki, MN-in açıqlaması sizi qane etməyib. Bəs səsləndirilən alternativ versiyaların hansına inanırsız?

- Mən bu sahədə müəyyən araşdırmalar apardım. Alternativ versiyalarda Rusiyanın, son vaxtlarda isə İranın adı hallanırdı. Həmin dövlətlər tərəfindən Azərbaycana qarşı təxribatlara yol verildiyi ilə bağlı iddialar ortaya atılırdı. Yəni faktiki olaraq bizim təyyarəmizin ya raketlə vurulması, ya da radio-elektron mübarizə sistemləri ilə naviqasiyanın tam pozularaq, qəzaya uğradılması fikri gündəmə gətirilirdi. Hadisə baş verən dövrdə Xəzər dənizində başqa bir ölkənin hərbi təlimləri keçirilsəydi, bu versiya çox inandırıcı görünərdi.



- Həmin dövrdə Xəzərdə Rusiyanın hərbi təlimlərinin keçirildiyi deyilirdi...

- Hərbi təlimləri gizlətmək mümkün deyil. Təlim keçirən tərəf adətən, qonşu dövlətlərə bu günlərdə həmin ərazilərdə olacaq təlimlərlə bağlı xəbərdarlıq göndərir. Çünki hərbi təlimlər hər zaman qonşu ölkələr üçün müəyyən bir təhlükə yaradır. Qonşu ölkəni həmin vaxtda həmin ərazidə başqa tədbirlər görməməsi üçün xəbərdar etmək lazımdır. Rusiyanın Xəzər donanmasının və Cənub dairəsinin bu ərazilərdə təlimlər keçirməsi ilə bağlı bir neçə açıqlaması olmuşdu. Amma əldə etdiyim materiallara görə bu ərazidə Rusiya iyulun 16-da hazırlıq təlimləri, avqustun 6-dan isə daha geniş təlimlər keçirib. Yəni MİQ-29 təyyarəsi qəzaya uğradığı günlərdə Rusiyanın Xəzərdə təlimlər keçirməsi ilə bağlı dəqiq məlumat yoxdur. İyulun 16-ı və bir neçə gün davam edən və avqustun 6-dan başlayan təlimlər haqqında məndə məlumatlar var. Ancaq 23, 24, 25 iyul tarixində Rusiyanın Xəzərdə təlimlər keçirməsi ilə bağlı məlumat yoxdur. Həmin günlərdə Rusiyanın 59-cu və 68-ci Cənub Hərbi dairəsində təlimlərin keçirildiyi ilə bağlı məlumatlar var. Ancaq həmin hissələr də Gürcüstanın işğal olunmuş Abxaziya və Cənubi Osetiya istiqamətində olub. Rusların Gümrüdə yerləşən hərbi bazası da orada iştirak edib. O məsafədən də Xəzər dənizinin üstündə bizim təyyarəmizi vurmaları çətin məsələdir. Belə raketlər əlbəttə ki, var. Amma həmin raketlər gərək həm Azəbaycanın Mingəçevir havadan müdafiə briqadasının, həm də Bakı Havadan müdafiə briqadasının nəzarət etdiyi sektordan keçsin. Yəni Cənubi Osetiya və Abxaziya istiqamətindən Xəzər dənizindəki təyyarəmizi vurmaq müşkül məsələdir. Yəni qəza baş verən günü Rusiyanın təlimləri Azərbaycanın sərhədindən uzaq məsafədə olub. Hələ ki, özüm üçün bu araşdırmaları davam etdirirəm. Yenə də o fikrə qayıdıram ki, bu qəza ilə bağlı daha geniş və detallı rəsmi açıqlama verilməlidir. Bu, ən düzgün addım olardı.

- Axtarışlar 1 aya yaxın davam etsə də, qara qutu 1 günə oxundu. Bu da bəzilərində müəyyən mənada şübhələr yaratdı. Siz necə bilirsiz, qara qutunu bir günlük intervalda oxumaq mümkündürmü?

- Əlbəttə, mümkündür. Hər şey müasir avadanlıqlardan asılıdır. Azərbaycanın da bu cür avadanlıqlar əldə etmək imkanı var. Bizim ordumuzda mövcud olan hərbi texnikaların bir çoxu heç Rusiyada yoxdur. Məsələn, Ukrayna ABŞ-dan uzunmənzilli Javelin raketini almasına görə Rusiyada böyük hay-küy qopub. Ancaq Azərbaycan İsraildən Javelin raketindən daha güclü “Spayk” raket kompleksləri alıb. Hərbi texnologiyalarla bağlı Azərbaycan ordusu son 10 ildə özünü yaxşı təchiz edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli  Kərimliyə həbsxanada təcavüz edilib
Səudiyyə Ərəbistanı İranla barışır? - ABŞ-ın məyus etdiyi vəliəhd Pakistan və İraqa minnətçi düşüb

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Antibiotiklər insan ölümünə səbəb olur -ÜST-dən xəbərdarlıq
Rasim Məmmədovdan sonra da 3 milyonluq      yeyinti       olub