Ərdoğandan İlham Əliyevə qeyri-adi TƏBRİK
02 Noyabr 2026, 12:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
373
23.09.2026, 01:29
Paşinyanın baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün hazırda ABŞ-dadır. Hökumət başçısının ABŞ səfəri regionda Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması və Vaşinqtonda əldə olunan razılaşmaların icrası ilə bağlı proseslərin davam etdiyi bir dövrə təsadüf edir. Bu baxımdan Paşinyanın BMT çərçivəsində keçirəcəyi görüşlərdə Ermənistanın xarici siyasət prioritetləri ilə yanaşı, Azərbaycanla sülh prosesi, regionda kommunikasiyaların açılması və Ermənistanın təhlükəsizlik gündəminin də müzakirə mövzusu olması diqqət çəkir.
Paşinyanın Nyu-York səfərində Ermənistanla bağlı hansı məsələlər əsas müzakirə mövzusuna çevrilə bilər Azərbaycan-Ermənistan sülh prosesi və regiondakı kommunikasiyalarla bağlı hansı mesajların səslənməsi gözlənilir?
Oxu24.com bildirirki,Politoloq Əli Orucov Musavat.com-a dedi ki, Paşinyan adəti üzrə bütün beynəlxalq platformalarda və tədbirlərdə Ermənistanı sülh göyərçini kimi təqdim edib: "Onun BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirakla bağlı səfəri çərçivəsində də eyni xətt davam etdiriləcək. Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin əldə olunması üçün İrəvanın səylərini xüsusi ilə qabardılacağı gözlənilir. Lakin digər məsələlərə də diqqət ayıracağı, xüsusən də Rusiya ilə bağlı yaranmış durum onun portfelində olacaq. Çünki son dövrlər Moskva tərəfindən küncə sıxışdırılan Ermənistan beynəlxalq dəstək almağa və mövqeyini möhkəmləndirməyə çalışacaq. Hal-hazırda düşüncələrinə görə İrəvanın üç prioriteti var. Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulması sülh prosesi, Qərbə inteqrasiya və təhlükəsizlik məsələləri. Bunların üçü də zəncirvari olaraq bir-biriylə bağlıdır. Birini təmin etmədən digərlərinə çatmaq mümkün deyil. Regional kommunikasiyaların taleyi də məhz bunlarla bağlıdır".
16:10 / 02 Noyabr 2026
49
16:03 / 02 Noyabr 2026
38
16:01 / 02 Noyabr 2026
96
15:33 / 02 Noyabr 2026
77
15:29 / 02 Noyabr 2026
119
15:18 / 02 Noyabr 2026
194
15:14 / 02 Noyabr 2026
88
15:10 / 02 Noyabr 2026
155
15:01 / 02 Noyabr 2026
79
14:59 / 02 Noyabr 2026
100
14:22 / 02 Noyabr 2026
208
14:20 / 02 Noyabr 2026
220
14:09 / 02 Noyabr 2026
93
13:55 / 02 Noyabr 2026
94
13:44 / 02 Noyabr 2026
173
13:35 / 02 Noyabr 2026
97
13:25 / 02 Noyabr 2026
752
13:21 / 02 Noyabr 2026
186
13:19 / 02 Noyabr 2026
1222
13:18 / 02 Noyabr 2026
95
13:13 / 02 Noyabr 2026
141
12:59 / 02 Noyabr 2026
127
12:49 / 02 Noyabr 2026
1040
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.