Trampdan İlham Əliyevə xüsusi dəvət
01 Noyabr 2026, 23:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
267
22.09.2026, 15:10
“AzerGold” QSC 2030-cu ilədək illik dövriyyəsini 1 mlrd. manata çatdırmağı hədəfləyir.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunmuş müşavirədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.
Onun sözlərinə görə, bu məqsədlə strateji layihələrin maliyyələşdirilməsində daxili gəlirlərdən və borc vəsaitlərindən, həmçinin özəl investisiyalardan istifadəyə üstünlük veriləcək.
“Əsas məqsədimiz gəlir və məşğulluq göstəricilərinə görə “AzerGold”u Azərbaycanın qeyri-neft sənayesinin ən iri şirkətlərindən birinə çevirməkdir”, - deyə Zakir İbrahimov qeyd edib.
Onun sözlərinə görə, şirkətin qızıl hasilatı, gəlirləri, EBITDA göstəricisi və vergi ödənişləri fəaliyyət dövrü ərzində davamlı artıb.
“Qızılın hasilatı 2017-ci illə müqayisədə 2 dəfədən çox artıb. Gəlirlər 3,5 dəfə yüksəlib. Ümumi gəlirlərin 92%-i ixracdan, 8%-i isə daxili bazarda satışdan formalaşır”, - deyə İdarə Heyətinin sədri bildirib.
O qeyd edib ki, 2019-cu ildən qızıl və gümüş məhsullarının istehsalına başlanılıb və daxili pərakəndə satış əlavə dəyər mənbəyinə çevrilib.
Zakir İbrahimovun sözlərinə görə, şirkətin EBITDA göstəricisi 2017-ci ildəki 46 mln. manatdan 2025-ci ildə 260 mln. manata yüksəlib. Bu, təxminən 6 dəfə artım deməkdir.
“EBITDA marjası orta hesabla 50%-dən yüksək olub. Eyni zamanda, şirkətin vergi ödənişləri 15 dəfə artıb”, - deyə o əlavə edib.
01:12 / 02 Noyabr 2026
62
00:41 / 02 Noyabr 2026
94
00:26 / 02 Noyabr 2026
90
00:06 / 02 Noyabr 2026
279
23:52 / 01 Noyabr 2026
189
23:45 / 01 Noyabr 2026
670
23:40 / 01 Noyabr 2026
100
23:27 / 01 Noyabr 2026
157
23:25 / 01 Noyabr 2026
391
23:14 / 01 Noyabr 2026
174
23:00 / 01 Noyabr 2026
434
22:56 / 01 Noyabr 2026
116
22:04 / 01 Noyabr 2026
128
21:49 / 01 Noyabr 2026
141
21:49 / 01 Noyabr 2026
118
21:26 / 01 Noyabr 2026
285
21:14 / 01 Noyabr 2026
313
20:55 / 01 Noyabr 2026
243
20:49 / 01 Noyabr 2026
117
20:35 / 01 Noyabr 2026
750
20:24 / 01 Noyabr 2026
154
20:20 / 01 Noyabr 2026
359
19:59 / 01 Noyabr 2026
180
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.