Prezident bu gün həmin məsələdən DANIŞDI:Forumdan mühüm MESAJ
27 Oktyabr 2026, 16:12
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
442
17.09.2026, 02:18
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dubaydakı Ərəb Media Forumunda Azərbaycanın zəngin tarixi irsini təqdim edib.
Oxu24.com xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Paneldə o, Qafqaz Albaniyasının qədim dövləti, o cümlədən onun zəngin xristian irsi haqqında danışıb, bu irsin izlərinin xüsusilə Qarabağda və Azərbaycanın digər bölgələrində aydın göründüyünü diqqətə çatdırıb.
"Mən Azərbaycanda multikulturalizmin və dini tolerantlığın çoxəsrlik ənənəsini, həmçinin mənşəyindən və ya konfessional mənsubiyyətindən asılı olmayaraq, ölkəmizin öz zəngin mədəni və dini irsinin müdafiəsinə, qorunub saxlanmasına və bərpasına sadiqliyini vurğuladım. Həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinin genişmiqyaslı dağıdılması, təhqir edilməsi və dəyişdirilməsi mövzusuna toxundum, tarixi həqiqətin qorunub saxlanmasının və bu irsin gələcək nəsillər üçün müdafiəsinin vacibliyini vurğuladım", - paylaşımda qeyd olunub.
H.Hacıyevin sözlərinə görə, "Euronews"un baş direktorunun moderatorluq etdiyi paneldə Gürcüstanın xarici işlər naziri və BƏƏ-nin iqtisadiyyat və turizm naziri də iştirak edib.
16:25 / 27 Oktyabr 2026
12
16:12 / 27 Oktyabr 2026
26
16:09 / 27 Oktyabr 2026
48
16:06 / 27 Oktyabr 2026
62
16:04 / 27 Oktyabr 2026
45
15:57 / 27 Oktyabr 2026
171
15:43 / 27 Oktyabr 2026
326
15:41 / 27 Oktyabr 2026
65
15:29 / 27 Oktyabr 2026
112
15:27 / 27 Oktyabr 2026
68
15:24 / 27 Oktyabr 2026
71
15:23 / 27 Oktyabr 2026
67
15:17 / 27 Oktyabr 2026
76
15:04 / 27 Oktyabr 2026
197
14:55 / 27 Oktyabr 2026
80
14:46 / 27 Oktyabr 2026
119
14:33 / 27 Oktyabr 2026
254
14:29 / 27 Oktyabr 2026
273
14:25 / 27 Oktyabr 2026
108
14:21 / 27 Oktyabr 2026
655
14:15 / 27 Oktyabr 2026
105
14:07 / 27 Oktyabr 2026
81
13:50 / 27 Oktyabr 2026
457
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.