Sahibə Qafarova Serbiyaya gedir: Bakı Balkan regionunda yeni diplomatik xətt açır – Politoloq şərh edir
28 Avqust 2026, 13:10
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
23
28.08.2026, 14:14
Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin dinamik inkişafı Türk dünyasında inteqrasiya proseslərinin daha da sürətlənməsinə təkan verir. İki qardaş ölkə arasında bütün sahələrdə genişlənən əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq platformalarda öz müsbət bəhrələrini verməkdədir. Avqustun 23-də imzalanan “Əbədi dostluq haqqında Müqavilə” bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu növbəti dəfə təsdiqlədi. Tarixi sənəd yalnız mövcud əlaqələrin bu gününü deyil, həm də gələcək nəsillər üçün strateji yol xəritəsini müəyyən edir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri və intensiv siyasi dialoq tərəfdaşlığın möhkəmlənməsində həlledici rol oynayıb. Bununla yanaşı, ticarət-iqtisadi, humanitar və logistika istiqamətində atılan addımlar regional sabitliyə böyük töhfə verir. Xüsusilə Orta Dəhlizin imkanlarından birgə istifadə olunması hər iki dövlətin nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artırır. Türk Dövlətləri Təşkilatı çərçivəsində güclənən həmrəylik isə regionun beynəlxalq platformalardakı mövqeyini daha da möhkəmləndirir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, avqustun 23-də imzalanan sənəd iki ölkə arasındakı münasibətlərin gələcəyini müəyyən edən strateji addımdır:
“23 avqustda Azərbaycanla Özbəkistan arasında imzalanan ‘Əbədi dostluq haqqında Müqavilə’ ölkələrimiz arasında formalaşmış yüksək səviyyəli münasibətlərin yalnız bu gününü deyil, həm də gələcəyini müəyyən edən mühüm sənəddir. Bu müqaviləni, əslində, gələcək nəsillər üçün yeni bir yol xəritəsi kimi qiymətləndirmək olar. Biz Azərbaycan-Özbəkistan münasibətlərini dostluqdan strateji tərəfdaşlığa, strateji tərəfdaşlıqdan müttəfiqlik münasibətlərinə, müttəfiqlikdən isə əbədi dostluq mərhələsinə yüksəldə bilmişik. Bu, iki ölkənin bir-birinə olan siyasi etimadının və qarşılıqlı dəstəyinin ən yüksək göstəricilərindən biridir”.
Deputat vurğulayıb ki, müqavilə yalnız ikitərəfli müstəvidə deyil, regional miqyasda da böyük əhəmiyyət kəsb edir:
“Əbədi dostluq haqqında Müqavilə”yalnız ikitərəfli münasibətlərin möhkəmlənməsi baxımından deyil, bütövlükdə region üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda mövqelərinin daha da yaxınlaşması regional əməkdaşlığın genişlənməsi üçün yeni imkanlar yaradır. Son illərdə Azərbaycan-Özbəkistan münasibətlərinin sürətlə inkişaf etdiyini müşahidə edirik. Dövlət başçılarının qarşılıqlı səfərləri, siyasi dialoqun intensivləşməsi, ticarət-iqtisadi və humanitar əlaqələrin genişlənməsi bu münasibətləri daha da möhkəmləndirib”.
A.Badamov nəqliyyat və loqistika sahəsindəki birgə layihələrin önəminə də diqqət çəkib:
“Xüsusilə Orta Dəhlizin imkanlarından birgə istifadə edilməsi Azərbaycan və Özbəkistanı yalnız siyasi baxımdan deyil, həm də nəqliyyat, logistika və iqtisadi əməkdaşlıq baxımından bir-birinə daha da yakınlaşdırır. Düşünürəm ki, “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycan və Özbəkistan münasibətlərinin uzunmüddətli və strateji inkişafının hüquqi-siyasi əsaslarını daha da gücləndirəcək. Bu sənəd həm ölkələrimiz, həm də bütövlükdə Türk dünyası və region üçün yeni əməkdaşlıq imkanlarının qapısını açır”.
Çimnaz Telmanqızı
14:33 / 28 Avqust 2026
3
14:31 / 28 Avqust 2026
7
14:20 / 28 Avqust 2026
122
14:17 / 28 Avqust 2026
26
14:10 / 28 Avqust 2026
28
14:04 / 28 Avqust 2026
50
13:59 / 28 Avqust 2026
39
13:54 / 28 Avqust 2026
45
13:45 / 28 Avqust 2026
48
13:38 / 28 Avqust 2026
48
13:30 / 28 Avqust 2026
238
13:24 / 28 Avqust 2026
556
13:14 / 28 Avqust 2026
74
13:11 / 28 Avqust 2026
77
13:10 / 28 Avqust 2026
54
12:50 / 28 Avqust 2026
53
12:39 / 28 Avqust 2026
59
12:29 / 28 Avqust 2026
54
12:15 / 28 Avqust 2026
64
12:03 / 28 Avqust 2026
81
11:59 / 28 Avqust 2026
63
11:42 / 28 Avqust 2026
111
11:40 / 28 Avqust 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.