Azərbaycan Pakistana başsağlığı verdi
26 Avqust 2026, 17:43
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
31
26.08.2026, 17:40
Son illərdə Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə münasibətləri keyfiyyətcə yeni, strateji mərhələyə qədəm qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya ilə ölkəmizi vahid geosiyasi və geoiqtisadi məkan kimi xarakterizə etməsi regionda Bakının artan aparıcı rolunu nümayiş etdirir. Müstəqillik dövründən başlayan ikitərəfli əlaqələr bu gün Türk Dövlətləri Təşkilatı və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurası çərçivəsində daha dərin xarakter alır. Mərkəzi Asiya dövlətlərinin Türkiyə və Avropa ilə inteqrasiyasında Azərbaycan həlledici tranzit və logistika mərkəzinə çevrilmişdir. Orta Dəhlizin strateji əhəmiyyətinin artması Xəzər dənizi və Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqlar formalaşdırır. Bakı ilə region ölkələri arasında qarşılıqlı investisiya fondlarının yaradılması və ticarət dövriyyəsinin kəskin artması iqtisadi tərəfdaşlığı keyfiyyətcə üstün səviyyəyə qaldırır. Özbəkistanla imzalanan Əbədi Dostluq Müqaviləsi iki regionun vahid məkan kimi inteqrasiyasına strateji bir təkan verdi. Bu proseslər Azərbaycanın Cənubi Qafqazdakı mövqelərini möhkəmləndirməklə yanaşı, Türk dünyasının coğrafi və iqtisadi birliyini təmin edir. Mövzu ilə bağlı siyasi ekspertlər mövcud geosiyasi mənzərəni Oxu24.com üçün geniş şərh ediblər.
Siyasi şərhçi Taleh Əliyev açıqlamasında bildirib ki, Azərbaycan ilə Orta Asiya respublikaları arasında ikitərəfli əlaqələr Sovet İttifaqı dağıldıqdan sonra formalaşmış və inkişaf yönümlü olmuşdur. Türk Dövlətləri Təşkilatının yaranması ilə, xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin iki dəfə fəxri qonaq kimi dəvət olunduğu və sonradan Azərbaycan Respublikasının da üzv olduğu Mərkəzi Asiya Məşvərət Şurasına Azərbaycanın da tamhüquqlu üzv qəbul edilməsi ilə Azərbaycanla Mərkəzi Asiya respublikaları arasında iqtisadi, ticari, siyasi əlaqələr daha da genişlənməyə başladı:
“Mədəni, tarixi əlaqələrin mövcud olması bu ölkələr arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə öz mühüm töhfəsini verdi. Xüsusilə Azərbaycanla Mərkəzi Asiyanın Özbəkistan, Qırğızıstan, Qazaxıstan kimi dövlətləri ilə ikitərəfli əməkdaşlıq daha geniş formatda inkişaf etmişdir və digər türkdilli dövlət olan Türkmənistanla da son illər bu əməkdaşlıq dərinləşmiş, regionun digər dövləti olan Tacikistanla da Azərbaycan arasında kifayət qədər sağlam dostluq münasibətləri mövcuddur”.
Onun sözlərinə görə, son 20 ildə Mərkəzi Asiya respublikalarının dövlət və hökumət başçılarının Azərbaycana 30-dan yuxarı səfəri, Azərbaycan Prezidentinin isə bu region ölkələrinə 13 dəfədən çox rəsmi və işgüzar səfərləri olmuşdur. Bu da region ölkələri ilə Azərbaycan arasındakı əməkdaşlığın bir statistik göstəricisi kimi də çox mühüm əhəmiyyət daşıyır:
“Eyni zamanda, regionun ən aparıcı ölkələrindən olan Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsinin 700 milyonun üzərində olması da iqtisadi əməkdaşlığın ciddi bir parametri kimi qiymətləndirilə bilər. Həmçinin Azərbaycanla Özbəkistan, Azərbaycanla Qırğızıstan arasında qarşılıqlı investisiya fondlarının yaradılması da əməkdaşlığın inkişafına mühüm töhfə kimi dəyərləndirilə bilər”.
Siyasi şərhçi qeyd edib ki, avqustun 23–24-də Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı imzalanan Əbədi Dostluq Müqaviləsi isə hər iki regionun aparıcı dövlətlərinin həm iqtisadi, həm siyasi, həm nəqliyyat-logistika istiqamətində mühüm tərəfdaş kimi çıxış etməsi Mərkəzi Asiya ilə Cənubi Qafqazın vahid bir region kimi, vahid bir məkan kimi formalaşmasında olduqca mühüm və strateji bir addım kimi qiymətləndirilməlidir:
“Türk Dövlətləri Təşkilatının üzvü olan bu iki ölkənin əməkdaşlığının genişləndirilməsi həm də Mərkəzi Asiya ilə Türkiyənin yaxınlaşmasında Azərbaycanın strateji mövqeyinin, strateji əhəmiyyətinin bir daha artırmış oldu.
Regionun bütövləşməsi isə, heç şübhəsiz ki, Orta Dəhlizin üzərində yerləşməsi baxımından da son dərəcə əhəmiyyətlidir. Avropa Birliyi ilə Çin Xalq Respublikası arasında yerləşən regionda Orta Dəhlizin inkişaf etdirilməsi, heç şübhəsiz ki, qlobal miqyasda da regionun geostrateji əhəmiyyətini artırır və burada da Azərbaycanı regionun əsas həlledici ölkəsinə çevirir”.
Taleh Əliyev vurğulayıb ki, Mərkəzi Asiyada nəqliyyat-logistika xətti iki ox üzrə şaxələnə bilir: bunlardan biri sırf Qazaxıstan ərazisindən keçən avtomobil və dəmir yolları xəttidir, ikincisi isə Qırğızıstan, Özbəkistan və Türkmənistan üzərindən keçən xətdir. Cənubi Qafqazda da Ermənistanla keçən il avqustda Vaşinqtonda əldə olunmuş razılaşmadan sonra icrasına hazırlıq işləri görülən TRIPP dəhlizi bu regiondakı marşrutu da iki istiqamətə inkişaf elətdirir. Bunlardan biri ənənəvi olan Gürcüstan üzərindən keçən Orta Dəhliz xəttidirsə, ikincisi Ermənistan üzərindən keçməklə də yenə də Orta Dəhlizi şaxələndirir.
Müsahibimizin sözlərinə görə, yeganə ölkə Azərbaycandır ki, hər iki istiqamətdən — həm qərb-şərq, həm də şərq-qərb istiqamətində hərəkət edən avtomobil və dəmir yol xəttlərinin məhz Azərbaycan üzərindən keçməsi istisnasızdır, şərtləsizdir:
“Bu baxımdan bu regionun həm region daxilində, həm də qlobal miqyasda ən əhəmiyyətli ölkəsinin Azərbaycan olduğunu çox əminliklə qeyd edə bilərik”.
Politoloq Məhəmməd Əsədullazadə isə saytımıza açıqlamasında qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, qardaşlıq müqavilə bəyannaməsinin imzalanması və tərəflər arasında bir çox sahələrdə müqavilələr bağlanması artıq dövlətlərin yeni bir geoiqtisadi və geosiyasi platformada birləşdiyini göstərir:
“Qeyd edim ki, artıq Azərbaycan Mərkəzi Asiya ölkələri üzrə zirvə platformasının üzvüdür. Bu o deməkdir ki, Azərbaycanla artıq Mərkəzi Asiya vahid geosiyasi və geoiqtisadi məkandadır. Həmçinin Orta Dəhlizlə bu əlaqələr birləşir. Siyasət, iqtisadiyyat, təhlükəsizlik, yaşıl enerji, nəqliyyat və bir çox sahələrdə artıq Mərkəzi Asiya ilə Azərbaycan arasında yeni bir proses başlayıb”.
Politoloqun sözlərinə görə, bu, Xəzər regionunda, həmçinin Cənubi Qafqazda Azərbaycanın geosiyasi mövqeyini gücləndirir:
“Bu gün Azərbaycan Mərkəzi Asiya ölkələrini Qərbə bağlayır. Azərbaycan regionda artıq nəqliyyat habıdır və bundan da Mərkəzi Asiya ölkələr istifadə edir. Ona görə də Mərkəzi Asiya ölkələri Azərbaycanla bütün müstəvidə, bütün istiqamətlərdə əlaqələrin inkişafında maraqlıdır”.
Həmçinin, Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyənin də bu prosesdə olması, Türkiyənin də Azərbaycan üzərindən Mərkəzi Asiya əlaqələrini gücləndirməsi Azərbaycanın Türk dünyasında da çəkisini daha da artırır:
“Bu proseslər də bu istiqamətdə davam edir. Burada təbii ki, prezidentlərin siyasi iradəsi, geosiyasi prosesləri düzgün qiymətləndirməsi Azərbaycanla Mərkəzi Asiyanı daha da birləşdirir”.
Müsahibimiz hesab edir ki, yeni geosiyasi reallıqlar fonunda bu ölkələrin bir çox istiqamətlərdə əməkdaşlığı xarici təsirləri də neytrallaşdıracaq. Yəni Azərbaycan artıq Xəzər regionunda, elə Mərkəzi Asiyada da söz sahibinə çevriləcək.
Çimnaz Telmanqızı
17:56 / 26 Avqust 2026
5
17:43 / 26 Avqust 2026
32
17:20 / 26 Avqust 2026
51
16:59 / 26 Avqust 2026
59
16:45 / 26 Avqust 2026
70
16:30 / 26 Avqust 2026
69
16:14 / 26 Avqust 2026
73
15:59 / 26 Avqust 2026
71
15:40 / 26 Avqust 2026
83
15:17 / 26 Avqust 2026
85
15:12 / 26 Avqust 2026
127
14:59 / 26 Avqust 2026
87
14:45 / 26 Avqust 2026
74
14:42 / 26 Avqust 2026
85
14:40 / 26 Avqust 2026
82
14:30 / 26 Avqust 2026
76
14:15 / 26 Avqust 2026
89
13:58 / 26 Avqust 2026
79
13:55 / 26 Avqust 2026
85
13:33 / 26 Avqust 2026
110
13:15 / 26 Avqust 2026
240
12:55 / 26 Avqust 2026
76
12:35 / 26 Avqust 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.