İran ABŞ ilə müharibəyə hazırdır
27 Sentyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2150
15.06.2026, 22:42
ABŞ və İran arasında aparılan diplomatik danışıqların nəticəsi olaraq tərəflər arasında ilkin razılaşmanın əldə olunduğu bildirilir. Məlumata görə, sazişin rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçirilməsi planlaşdırılır.
Oxu24.com xəbər verir ki, İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi İran mediasına açıqlamasında ABŞ ilə anlaşma memorandumunun mətninin yekunlaşdırıldığını bildirib.
Onun sözlərinə görə, sazişin icrasının ilk mərhələsində ABŞ tərəfindən hərbi əməliyyatların dayandırılması, bəzi məhdudiyyətlərin aradan qaldırılması və tərəflərin üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsinin monitorinqi nəzərdə tutulur.
Qəribabadi qeyd edib ki, sazişin imzalanmasından sonra 60 gün ərzində sanksiyalar, nüvə proqramı, iqtisadi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri ilə bağlı əlavə danışıqlar davam etdiriləcək.
İran rəsmisinin sözlərinə görə, əldə olunan razılaşma təkcə ABŞ-İran münasibətlərini deyil, regiondakı digər prosesləri də təsirləndirə bilər. O bildirib ki, sənəd çərçivəsində bəzi regional münaqişələrin həlli və gərginliyin azaldılması istiqamətində addımların atılması da nəzərdə tutulur.
Qəribabadi onu da əlavə edib ki, razılaşma İranın əsas tələblərinin bir hissəsini özündə ehtiva edir və sənədin mətni imzalanma mərasimindən əvvəl ictimaiyyətə təqdim oluna bilər.
Tərəflərdən və digər beynəlxalq mənbələrdən mövzu ilə bağlı rəsmi açıqlamaların verilməsi gözlənilir.
23:44 / 27 Sentyabr 2026
2
23:31 / 27 Sentyabr 2026
38
23:24 / 27 Sentyabr 2026
39
23:06 / 27 Sentyabr 2026
42
23:02 / 27 Sentyabr 2026
160
22:58 / 27 Sentyabr 2026
45
22:55 / 27 Sentyabr 2026
43
22:37 / 27 Sentyabr 2026
530
22:03 / 27 Sentyabr 2026
64
21:49 / 27 Sentyabr 2026
398
21:30 / 27 Sentyabr 2026
200
21:29 / 27 Sentyabr 2026
59
21:12 / 27 Sentyabr 2026
99
21:06 / 27 Sentyabr 2026
59
21:00 / 27 Sentyabr 2026
145
20:59 / 27 Sentyabr 2026
68
20:47 / 27 Sentyabr 2026
224
20:38 / 27 Sentyabr 2026
78
20:30 / 27 Sentyabr 2026
59
20:06 / 27 Sentyabr 2026
303
19:57 / 27 Sentyabr 2026
62
19:46 / 27 Sentyabr 2026
139
19:40 / 27 Sentyabr 2026
461
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.