Züriyə Qarayeva: COP31 Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən strateji platformadır
12 Noyabr 2026, 20:05
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
5598
01.04.2026, 12:57
“Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv edilir.
Oxu24.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafının təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamda əksini tapıb.
Sərəncama əsasən, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin aktivlərinin “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyətinin balansına verilməsi təmin ediləcək.
Həmçinin, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti kreditor borclarının, habelə dövlət təşkilatlarına olan və “Azərbaycan Alüminiumu” Səhmdar Cəmiyyətini idarə etmək hüququna dair Müqavilə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 31 mart tarixli 678 nömrəli Sərəncamına əsasən ödənilməsinə 25 il möhlət verilmiş, eləcə də Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu qarşısında yaranmış borclarının silinməsi ilə bağlı zəruri tədbirlər görməli; Vergi Məcəlləsinə uyğun olaraq vergi öhdəliyinə xitam verilməsi ilə bağlı zəruri tədbirlər görməlidir.
Maliyyə Nazirliyi, “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğvi nəzərə alınmmaqla “Azərbaycan alüminiumu” Açıq Səhmdar Cəmiyyətinin qeyri-dövlət təşkilatları qarşısında təsdiq edilmiş borclarının qaytarılmasını Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və ya qanunda nəzərdə tutulan digər maliyyə mənbələri hesabına müvafiq təsdiqedici sənədlər təqdim edildiyi tarixdən bir ay müddətində təmin edəcək.
20:05 / 12 Noyabr 2026
4
19:49 / 12 Noyabr 2026
37
19:36 / 12 Noyabr 2026
56
19:31 / 12 Noyabr 2026
60
19:19 / 12 Noyabr 2026
71
19:15 / 12 Noyabr 2026
69
19:09 / 12 Noyabr 2026
64
19:03 / 12 Noyabr 2026
70
18:58 / 12 Noyabr 2026
80
18:50 / 12 Noyabr 2026
80
18:42 / 12 Noyabr 2026
804
18:40 / 12 Noyabr 2026
77
18:32 / 12 Noyabr 2026
327
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
97
18:16 / 12 Noyabr 2026
108
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
105
17:53 / 12 Noyabr 2026
100
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
117
16:21 / 12 Noyabr 2026
137
15:55 / 12 Noyabr 2026
172
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.