Netanyahunun ölüm xəbəri rəsmən təkzib edildi
15 Mart 2026, 19:00
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
84
16.03.2026, 01:24
İranın keçmiş ali rəhbəri Əli Xameneinin öldürüldüyü hücumla bağlı yeni və diqqətçəkən məlumat yayılıb. “IranWire” yazır ki, sosial şəbəkələrdə yayılan bir audioyazıda İsrailin zərbəsi zamanı liderin iqamətgahında baş verənlər ilk dəfə daxildən təsvir olunur.
Oxu24.com -un məlumatına görə, dini lider statusu daşıyan Seyyid Məzahir Hüseyniyə aid olduğu iddia edilir. O, uzun müddət lider aparatında çalışmış şəxs kimi təqdim olunur və bəzi məlumatlara görə “Beyt-e Rəhbəri” – yəni İran liderinin iqamətgahının protokol rəhbəri olub.
Yayılan məlumatlara görə, 28 fevral səhər saat 09:40 radələrində Tehran vaxtı ilə lider kompleksinə ilk raket zərbələri endirilib. Hücum nəticəsində Əli Xamenei, eləcə də İslam İnqilabı Keşikçiləri Korpusunun bir sıra yüksək vəzifəli komandirləri və rəhbərin ailə üzvlərindən bir neçəsi həlak olub.
Audioyazıda bildirilir ki, raketlərdən biri Müctəba Xamenenin yaşadığı iqamətgaha düşüb. Zərbə nəticəsində onun həyat yoldaşı Zahra Haddad-Adel və uşaqlarından biri həyatını itirib. Partlayışın gücü aşağı mərtəbədə yerləşən başqa bir iqamətgahı da dağıdıb və orada olan şəxslərdən bəziləri həlak olub.
Hüseyninin sözlərinə görə, hücumdan bir neçə saniyə əvvəl Müctəba Xamenei həyətə çıxıb və bu təsadüf onun sağ qalmasına səbəb olub. O, yalnız ayağından yüngül yaralanıb.
Həmçinin oxuyun
Audioyazıda həmçinin İranın yüksək rütbəli hərbi rəsmisi Məhəmməd Şirazinin də həmin hücum zamanı öldüyü bildirilir. İddiaya görə, raket partlayışı nəticəsində onun cəsədinin böyük hissəsi parçalanıb.
Məlumatlara görə, bu audio ilk dəfə “Eitaa” platformasında yayılıb və daha sonra digər sosial şəbəkələrə də yayılıb. Lakin Hüseyninin geniş tanınmaması və müharibə şəraiti səbəbindən səs yazısının tam şəkildə müstəqil təsdiqi hələ mümkün olmayıb.Modern.az
01:51 / 16 Mart 2026
77
01:39 / 16 Mart 2026
71
00:59 / 16 Mart 2026
98
00:30 / 16 Mart 2026
281
00:13 / 16 Mart 2026
81
23:49 / 15 Mart 2026
220
23:48 / 15 Mart 2026
2176
23:31 / 15 Mart 2026
86
23:10 / 15 Mart 2026
84
22:51 / 15 Mart 2026
127
22:40 / 15 Mart 2026
129
22:14 / 15 Mart 2026
197
21:55 / 15 Mart 2026
155
21:41 / 15 Mart 2026
99
21:20 / 15 Mart 2026
134
21:00 / 15 Mart 2026
98
20:47 / 15 Mart 2026
285
20:20 / 15 Mart 2026
200
20:10 / 15 Mart 2026
205
19:48 / 15 Mart 2026
156
19:33 / 15 Mart 2026
335
19:22 / 15 Mart 2026
269
19:12 / 15 Mart 2026
217
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.