Azərbaycandan İsraillə bağlı RƏSMİ ÇAĞIRIŞ
28 Fevral 2026, 14:07
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
67
28.02.2026, 13:59
İranla bağlı yaranmış müharibə həyəcanı beynəlxalq diqqət mərkəzində qalmaqda davam edir. Lakin Cenevrədə baş tutan ABŞ-İran danışıqları və regiondakı diplomatik gedişatlar hazırda qarşıdurmanın dərhal silahlı eskalasiyasını əngəlləyib.
ABŞ və İran arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqları davam etsə də, tərəflərin açıq hərbi qarşıdurmaya girməməsi həm Vaşinqton-Pentaqon tandeminin ehtiyatlı siyasəti, həm də region ölkələrinin vasitəçilik səyləri ilə izah olunur.
ABŞ-nin İran üzərində hərbi əməliyyat həyata keçirməsini istəməyən region ölkələrinin bu prosesdə rolu nə qədərdir və onlar müharibənin ertələnməsində necə təsir göstərə bilirlər? Bu vəziyyət birbaşa Vaşinqton-Pentaqon tandeminin strateji qərarının nəticəsidir, yoxsa diplomatik və iqtisadi faktorlar da rol oynayır? Rəsmi Tehran hansı əsas amillərə arxayın olaraq ABŞ-yə qarşı dirəniş göstərir? İranın əlində hansı vasitələr var ki, dünyanın jandarmı rolunu oynayan Amerikanı geri çəkilməyə vadar edə bilsin?
Oxu24.com xəbər ki NOCOMMENT.az-a danışan politoloq Zaur Məmmədov bildirib ki, ABŞ və İran arasında danışıqlar hələ də davam edir:
Həmçinin oxuyun
“Vaşinqtonun məqsədi ondan ibarətdir ki, İranı diplomatik yollarla ortaq məxrəcə gətirə bilsin. Buna görə də ABŞ Prezidenti Donald Tramp indiyədək müharibəyə başlamayıb. İranla müharibə həm də ciddi şəkildə regiona təsir göstərə bilər. Vəziyyətin xaotik və nəzarətdən kənar olmasını ABŞ-də bir çoxları istəmir.
İran ABŞ-nin “parçala və hökmranlıq et” siyasətinə uyğun hərəkət edir. Ayrı-ayrı ölkələr arasında bir neçə dövlət var ki, bu məsələdə balans rolunu oynayır. Ona görə də biz İsrail və ABŞ arasında fikir ayrılıqlarını görürük. Lakin buna baxmayaraq, Tramp ətrafında müharibə tərəfdarları da mövcuddur və ona təzyiq göstərirlər.
İran tərəfi isə hesab edir ki, müəyyən kompromislər mümkün ola bilər, lakin radikal güzəştlərə rejim razı deyil. Onlar yalnız minimal və məqbul hədlərdə güzəştə gedə bilərlər”, – deyə politoloq vurğulayıb.
17:32 / 28 Fevral 2026
10
16:23 / 28 Fevral 2026
421
16:19 / 28 Fevral 2026
53
15:37 / 28 Fevral 2026
2035
15:33 / 28 Fevral 2026
114
15:28 / 28 Fevral 2026
55
15:14 / 28 Fevral 2026
302
15:02 / 28 Fevral 2026
144
14:55 / 28 Fevral 2026
82
14:35 / 28 Fevral 2026
265
14:28 / 28 Fevral 2026
82
14:07 / 28 Fevral 2026
499
13:38 / 28 Fevral 2026
509
13:37 / 28 Fevral 2026
189
13:33 / 28 Fevral 2026
171
13:26 / 28 Fevral 2026
988
13:09 / 28 Fevral 2026
77
13:00 / 28 Fevral 2026
335
12:53 / 28 Fevral 2026
2760
12:30 / 28 Fevral 2026
83
12:22 / 28 Fevral 2026
80
12:14 / 28 Fevral 2026
78
11:56 / 28 Fevral 2026
72
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.