Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
15 Noyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2022
23.12.2025, 15:40
Prezident İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmədi. Həmçinin dövlət başçısının Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin liderlərinin dekabrın 22-də baş tutması planlanan qeyri-rəsmi Zirvə görüşünə də qatılmayacağı açıqlanıb.
Prezidentin Azərbaycanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olmadığına görə şuranın iclasında iştirak etədiyi bildirilir. O cümlədən, bu gün MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə isə iş qrafikinin sıxlığına görə qatıla bilməyəcəyi diqqətə çatdırılıb.
Ümumiyyətlə, Azərbaycan üzv dövlət kimi MDB-nin rəsmi Zirvə görüşlərində mütəmadi olaraq iştirak edir. Birlik çərçivəsində əməkdaşlığa, üzv dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına mühüm əhəmiyyət verir. Prezident İlham Əliyev bu il oktyabrın 9–10-da Tacikistanın Düşənbə şəhərində keçirilmiş MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib.
Globalinfo.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu deyib ki, Rusiya tərəfi əvvəlcədən Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirsə də, bu, baş tutmayıb:
“Ümumiyyətlə, ölkə başçısının səfərləri ilə bağlı rəsmi məlumatlar olur. Yəni bu məsələdə rəsmi mənbələrə etibar edilməlidir ki, onlarda da səbəb aydın şəkildə əks etdirilib.
Lakin bütün bunlara baxmayaraq, Moskva və Bakı arasında müəyyən soyuqluğun olduğu da aydındır. Xüsusilə Rusiyanın son zamanlar Ermənistana balanssız yanaşma tərzi, Bakının suallarına tam cavab verilməməsi, soyuqluğu aradan qaldıracaq konkret addımların atılmaması başlıca faktorlardır.
Bu gün təəssüf ki, Rusiya mediasında qərəzli yazılar davam edir. Prezidentin bu və ya digər səbəbdən Moskvaya səfər etməməsi, əslində başadüşüləndir.
Kreml Bakıdan gözlənilməz xəbər aldı - "Təcili ölçü götürməlidirlər"
Elnur Ənvəroğlu
Dövlət başçısının iştirak etməməsinə baxmayaraq, böyük ehtimalla ölkəmiz bu tədbirdə formal səviyyədə təmsil olunacaq. Ümumiyyətlə, bu kimi görüşlər formal xarakter daşıyır. MDB elə bir təşkilatdır ki, effektiv fəaliyyət göstərmir. Bununla belə, tədbirlərin siyasi simvolikası böyükdür. Yəni tədbirdə dövlət başçılarının iştirak etməməsi və ya hansı səviyyədə təmsil olunması münasibətlərin mövcud vəziyyətindən xəbər verir.
Fikrimcə, Azərbaycan tərəfi ölkə başçısının səfərinin baş tutmamasını aydın şəkildə izah edib. Rusiya tərəfi isə ümumilikdə münasibətlərin mövcud vəziyyətini düzgün qiymətləndirməli və ölçü götürməlidir. Bakı ilə münasibətlərin soyuq qalması Kremlə heç də müsbət dividendlər vermir”.
11:43 / 15 Noyabr 2026
1
11:29 / 15 Noyabr 2026
51
11:20 / 15 Noyabr 2026
57
11:20 / 15 Noyabr 2026
62
11:10 / 15 Noyabr 2026
61
11:07 / 15 Noyabr 2026
293
10:50 / 15 Noyabr 2026
73
10:25 / 15 Noyabr 2026
218
10:21 / 15 Noyabr 2026
89
10:18 / 15 Noyabr 2026
86
10:12 / 15 Noyabr 2026
115
09:35 / 15 Noyabr 2026
428
07:35 / 15 Noyabr 2026
146
05:50 / 15 Noyabr 2026
145
01:35 / 15 Noyabr 2026
156
01:10 / 15 Noyabr 2026
175
23:59 / 14 Noyabr 2026
362
23:51 / 14 Noyabr 2026
196
23:47 / 14 Noyabr 2026
212
23:33 / 14 Noyabr 2026
174
23:23 / 14 Noyabr 2026
537
23:16 / 14 Noyabr 2026
176
23:05 / 14 Noyabr 2026
745
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.