Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
15 Noyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2109
23.12.2025, 13:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Oxu24.com xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına qəsəbədə görülmüş işlər barədə məlumat verdi.
Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda 33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-si yararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40, 2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdə təmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla, ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər və rayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.
Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icra olunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qaz xətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metr elektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçə işıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eyni zamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624 şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də bu qəsəbədə olub.
Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumi sahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidində qəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbər orqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonunda işğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindən yandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfər azərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla, ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Sonra dövlətimizin başçısı Xankəndi şəhəri Kərkicahan qəsəbə sakini Yadigar Əsədovanın evində oldu.









11:43 / 15 Noyabr 2026
1
11:29 / 15 Noyabr 2026
51
11:20 / 15 Noyabr 2026
57
11:20 / 15 Noyabr 2026
62
11:10 / 15 Noyabr 2026
61
11:07 / 15 Noyabr 2026
293
10:50 / 15 Noyabr 2026
73
10:25 / 15 Noyabr 2026
218
10:21 / 15 Noyabr 2026
89
10:18 / 15 Noyabr 2026
86
10:12 / 15 Noyabr 2026
115
09:35 / 15 Noyabr 2026
428
07:35 / 15 Noyabr 2026
146
05:50 / 15 Noyabr 2026
145
01:35 / 15 Noyabr 2026
156
01:10 / 15 Noyabr 2026
175
23:59 / 14 Noyabr 2026
362
23:51 / 14 Noyabr 2026
196
23:47 / 14 Noyabr 2026
212
23:33 / 14 Noyabr 2026
174
23:23 / 14 Noyabr 2026
537
23:16 / 14 Noyabr 2026
176
23:05 / 14 Noyabr 2026
745
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.