Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
15 Noyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
725
23.12.2025, 13:27
“Son illər Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən döyüşlərə qatılan onlarla azərbaycanlının həlak olması və ya itkin düşməsi barədə mediada üzücü məlumatlar yayılır. Müharibəyə könüllü və ya yaşadığı dövlətin tələbi ilə qoşulan həmyerlilərimizlə yanaşı, Azərbaycan vətəndaşlarının muzdlu şərtlərlə əməliyyatlara cəlb edilməsi halları artır”.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bu gün keçirilən iclasında deyib.
Zahid Oruc bildirib ki, sosial şəbəkələrdə kəşfiyyat mərkəzlərinə bağlı olduğu şübhə doğurmayan səhifələr hədəfli reklamlar, “müqavilə ilə xidmət” “iş” və ya “təlim” adı altında yığım kampaniyası aparır: “Rəsmi statistika olmadığından hərbi təşkilatların verdiyi rəqəmlərə görə yüzlərlə soydaşımız və vətəndaşımız qarşı səngərlərdə döyüşürlər”.
O qeyd edib ki, Vətən müharibəsində peşəkarlıq qazanan şəxsləri Ukrayna müharibəsinə cəlb edənlər, qardaşı qardaşa atəş açdıranlar, təkcə onların ailələrinə deyil, həm də dövlətimizə hərbi-siyasi zərbə vururlar: “Ən böyük itki Qarabağda hərbi təcrübə qazanan peşəkar şəxslərin aylıq muzd müqabilində döyüşlərə qatılmasıdır. Görünür, xarici kəşfiyyat mərkəzlərinin məqsədi həm də Vətən müharibəsində iştirak edən və qalib ordu imici qazanan oğulları qəsbkarlıq müharibəsinə qoşmaqla nüfuz itkisinə məruz qoymaqdır. Nəticə təkcə millətimizin deyil, həm də ordumuzun itkisidir.
Mediada ictimailəşən ölüm faktları ilə yanaşı, itkin və əsir düşən həmvətənlərimizin bir çoxu haqqında heç bir məlumat yoxdur. Yaralanaraq, ölkəyə dönən, lakin müharibənin amansız təsirlərini beyinlərində daşıyan şəxslər-ailələri və cəmiyyət üçün ağır mənəvi-sosial qayğıdır, gələcəkdə radikal qruplara qoşulma riskidir. Dövlət təhlükəsizlik orqanları haqlı olaraq, keçmiş “vaqnerçiləri” həbs etməklə bütün vətəndaşlarımıza və həmyerlilərimizə çağırış etdi: bizim Vətən müharibəmiz-Qarabağdır, torpaqlarımızın azadlığıdır, indi isə Böyük Qayıdışdır! Terror təşkilatları ilə müxtəlif dövlətlərin nizami orduları tərkibində iştirak etmək eyni məsuliyyətli əməldir.
Kampaniyanın arxasında 3-cü dövlətlərin kəşfiyyat xidmətlərinin olduğuna şübhə yoxdur”.
Zahid Oruc vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsində həyatını itirən Azərbaycan vətəndaşları “şəhid” deyil, bunu təşviq edənlər genefondumuza zərbə vurur: “Biz “şəhid” adını yalnız Vətənin müdafiəsində canını verənlər üçün deyirik. Yalnız qardaş Türkiyə uğrunda dövlətimizdən qərar gözləmədən müharibəyə qoşulmaq Çanaqqala savaşındakı kimi müqəddəs işdir. Vətən müharibəsinin qəhrəmanları ilə yad döyüşlərdə ölənləri bir tutmaq torpaqlarımız üçün canından keçən oğulların ruhunu incitməkdir.
Azərbaycan dövləti rəsmən heç bir dövlətin müharibəsində hərbi müttəfiq kimi iştirak etmir”.
11:43 / 15 Noyabr 2026
1
11:29 / 15 Noyabr 2026
51
11:20 / 15 Noyabr 2026
57
11:20 / 15 Noyabr 2026
62
11:10 / 15 Noyabr 2026
61
11:07 / 15 Noyabr 2026
293
10:50 / 15 Noyabr 2026
73
10:25 / 15 Noyabr 2026
218
10:21 / 15 Noyabr 2026
89
10:18 / 15 Noyabr 2026
86
10:12 / 15 Noyabr 2026
115
09:35 / 15 Noyabr 2026
428
07:35 / 15 Noyabr 2026
146
05:50 / 15 Noyabr 2026
145
01:35 / 15 Noyabr 2026
156
01:10 / 15 Noyabr 2026
175
23:59 / 14 Noyabr 2026
362
23:51 / 14 Noyabr 2026
196
23:47 / 14 Noyabr 2026
212
23:33 / 14 Noyabr 2026
174
23:23 / 14 Noyabr 2026
537
23:16 / 14 Noyabr 2026
176
23:05 / 14 Noyabr 2026
745
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.