Prezident: Azərbaycan paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir
15 Noyabr 2026, 11:29
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
797
23.12.2025, 12:48
İlham Əliyev yeni geosiyasi reallıqların memarı, qalib Prezidentdir.
Oxu24.com -un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
Zahid Oruc deyib ki, işğal dövründə İlham Əliyevə ünvanlanan təbriklərdə “sabitlik”, “regional əməkdaşlıq”, “enerji tərəfdaşlığı” kimi ehtiyatlı və neytral diplomatik terminlərdən istifadə olunurdu: “İndi eyni dünya liderləri İlham Əliyevi “yeni geosiyasi reallıqların memarı”, “qalib prezident”, “regional nizamın qurucusu və strateq” kimi təqdim edirlər. Təbriklərin dili dəyişib- çünki dövlətimizin siyasi çəkisi artıb və liderin qalib statusu dünyada təsdiqlənib”.
Milli Məclisin deputatı Azər Badamov qeyd edib ki, Vətəni Zəfərə qovuşduran, Zəfəri isə ləyaqət simvoluna çevirən Müzəffər Ali Baş Komandanın yürütdüyü siyasət nəticəsində Cənubi Qafqaz yeni, silah səsləri eşidilməyən bir səmaya şahidlik edir.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa hesab edir ki, Prezident İlham Əliyev öz tarixi məsuliyyətini böyük riski qarşısına alaraq yerinə yetirməyi seçən lider kimi tarixdə qalacaq: “Bu gün Azərbaycan Turan quruculuğunun nüvəsini təşkil edir. Zəngəzur dəhlizi Turan quruculuğunun əsasının təşkil edir. Bu gün bizim ən böyük işlərimizdən biri Ermənistanla böyük sülh sazişinin imzalanmasıdır”.
Deputat Vüqar Bayramov nəzərə çatdırıb ki, İlham Əliyevin 22 illik prezidentlik dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfə böyüyüb: “Həmin müddətdə Azərbaycanın xarici ticarət dövriyyəsi 11 dəfə artıb.
Fiskal gəlirlərimiz və eləcə də qeyri-resurs ÜDM-dəki artım faizləri də yüksək artım faizləri ifadə olunur. Bu isə ondan xəbər verir ki, son 22 ildə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi Azərbaycan iqtisadiyyatındakı və eləcə də digər makro-iqtisadi göstəricilərdəki artım faizi qlobal orta artım faizlərini üstələyib”.
Deputat Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyini söyləyib: “Azərbaycana qarşı olan 200 illik təhdidin qarşısı alındı. Artıq yeni hədəfimiz var. Güclü, zəngin Azərbaycana doğru gedirik”.
11:52 / 15 Noyabr 2026
1
11:43 / 15 Noyabr 2026
40
11:29 / 15 Noyabr 2026
60
11:20 / 15 Noyabr 2026
64
11:20 / 15 Noyabr 2026
68
11:10 / 15 Noyabr 2026
65
11:07 / 15 Noyabr 2026
356
10:50 / 15 Noyabr 2026
80
10:25 / 15 Noyabr 2026
227
10:21 / 15 Noyabr 2026
91
10:18 / 15 Noyabr 2026
88
10:12 / 15 Noyabr 2026
118
09:35 / 15 Noyabr 2026
439
07:35 / 15 Noyabr 2026
150
05:50 / 15 Noyabr 2026
147
01:35 / 15 Noyabr 2026
158
01:10 / 15 Noyabr 2026
176
23:59 / 14 Noyabr 2026
367
23:51 / 14 Noyabr 2026
198
23:47 / 14 Noyabr 2026
214
23:33 / 14 Noyabr 2026
175
23:23 / 14 Noyabr 2026
539
23:16 / 14 Noyabr 2026
177
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.