Prezident ŞAD XƏBƏR verdi
08 Dekabr 2025, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
516
10.08.2025, 22:09
Avqustun 8-i tarixi günlərdən biri idi. Elə bilirsiniz asan olub? Yenə də bir daha nəyi, nə zaman və nə formada etməyin tarixi və həlledici məqam olduğunu anlamaq üçün yaxşı tarixi dərs idi.
Bu razılaşmanı bu formada Ağ evdə keçən il, hakimiyyətlərinin sonunda Bayden administrasiyası etmək üçün çox çalışdı. Bu krediti “Sleepy Joya” vermədik, dirəndik, problemlərlə üzləşdik, real təhdidlərlə və təzyiqlərlə üzləşdik, amma vermədik, çox ürəyimizi bulandırdılar, çox əsəblərimizlə oynadılar.
Minsk Qrupunun hər üç üzvü istisnasız olaraq həmişə ermənimərkəzli yanaşdılar məsələyə. Ona görə də bu qələbə təkcə Ermənistan üzərində qələbə deyil. Bu ilk növbədə Azərbaycan xarici siyasətinin və diplomatiyasının qələbəsidi, bu qələbə daha böyük və həlledicidi. Xalqımız həmişə qəhrəman, fədakar və torpağı şərəfi üçün canından keçməyə hazır övladlar yetişdirib, amma həmişə belə xarici siyasət yeridə bilməyib.
Elə gələk Tramp administrasiyasına və komandasına. Birdən elə bilərik ölkə başçımız ABŞ-də seçkidən əvvəl və sonra xoş sözlər dedi, Trampın xoşuna gəldi, vəssalam?!
ABŞ-də siyasi spektri şərti və kobud olaraq iki yerə bölmək olar: liberallar və mühafizəkarlar.
Ermənilər ABŞ-də Bayden administrasiyası və liberal/demokratlarla onların liberal damarları, sinirlərini istismar edib insan hüquqları, demokratiya, genosid (historically opressed people) narrativlərlə işləyirdilər. Respublikaçı/mühafizəkarlarla xristian təəssübkeşliyi sinirlərini istismar edirdilər. Hər iki spektirdə güclüdülər.
Elə Trampın komandasını və ya bu gün onun respublikaçıların müxtəlif qruplarını özündə birləşdirən “koalisiyasını” götürək. Bu təkcə Dövlət katibi M. Rubio deyil. Açın baxın, dövlət katibi olmamışdan əvvəl Rubionun Qarabağ və ermənilər mövzusunda Konqresdə və senatda uzun illər ərzində etdiyi çıxışlara, necə alovlu, necə canfəşanlıqla çıxışlar, Azərbaycana qarşı sanksiyalara çağırışlar, təşəbbüslər...
Bu hələ hamısı deyil...
Həmçinin oxuyun
2024-cü il ABŞ prezident seçkiləri kampaniyası zamanı bir hind əsilli namizəd vardı - Vivek Ramaswamy. Adamın bütün kampaniyası sanki “Sarsaxın” və ordakı xristianların xilasına həsr olunmuşdu. Bu o deməkdi ki, bu mövzu xristian fundamentalistlər üçün necə həssas mövzuya çevrilib və bütün siyasətçilər bununla hesabalaşmağa artıq məcburdur. Ümumilikdə ölkə miqyasında pis nəticə də göstərmədi, namizədliyini Trampın xeyrinə geri götürdü, bu o deməkdi ki, gələcəkdə Trampın siyasətində müəyyən söz sahibi olmaq haqqına sahib oldu.
Başqa bir namizəd Robert F. Kennedy eyni ilə bizə qarşı nə çıxışlar etdi, indi Tramp komandasında bir nazir postu aldı. Tramp komandasında maya qədər milli təhlükəsizlik məsələləri üzrə müşavir Mike Waltz konkret türk düşməni idi. Başqa bu cür adamlar, qruplar, bürokratlar da var, çoxdur. ABŞ-də əsas erməni lobbi təşkilatı ANCA neçə vaxtdır konkret özünü cırır, dağıdır, bu razılaşmanın baş tutmaması üçün nə mümkündüsə, nə edə bilərdilərsə etdilər. Fəaliyyətlərini daha da aqressiv davam edəcəklər.
Bax beləcə Azərbaycan xarici siyasəti bütün bu maneələrə qalib gəldi. Rusların 2022-ci ildə “sülh müqaviləsini imzalayaq, amma status məsələsini gələcəyə saxlayaq” arzu və təkliflərini gözlərində qoyduq, sözlərini özlərinə yedirtdik. Fransızların hoqqalarını da pisliklərini də özlərinə ....
2020-ci il xalqımızın şanlı qələbəsini bizə heç kim yedirtmək istəmirdi, heç kim qəbul etmək istəmirdi, çiy bir sənəd, gələcəyə irin və saatlı bomba sənədi imzalatdırmaq istəyirdilər. Bu gün olaraq biz Qarabağla bağlı onların bu planlarını təkcə gözlərində qoymadıq. Biz təkcə Qarabağı beynəlxalq hüququn və siyasətin müzakirə predmeti olmaqdan çıxarmadıq. Biz həm də Zəngəzur yolunu beynəlxalq hüququn və siyasətin müzakirə predmetinə çevirdik, topu qarşı tərəfin sahəsinə keçirdik...
Hamımızı təbrik edirəm, ən azı ona görə ki, hər şey tam başqa cür və çox pis də ola bilərdi. Çünki, çox pis olması üçün obyektiv səbəblər daha çox idi..
Fuad Çıraqov
23:54 / 08 Dekabr 2025
200
23:39 / 08 Dekabr 2025
399
23:19 / 08 Dekabr 2025
2531
23:15 / 08 Dekabr 2025
397
22:25 / 08 Dekabr 2025
49
22:22 / 08 Dekabr 2025
70
22:16 / 08 Dekabr 2025
59
22:12 / 08 Dekabr 2025
66
22:08 / 08 Dekabr 2025
283
21:59 / 08 Dekabr 2025
60
21:57 / 08 Dekabr 2025
61
21:36 / 08 Dekabr 2025
799
21:24 / 08 Dekabr 2025
70
21:10 / 08 Dekabr 2025
84
21:01 / 08 Dekabr 2025
109
20:54 / 08 Dekabr 2025
236
20:31 / 08 Dekabr 2025
64
20:23 / 08 Dekabr 2025
62
20:19 / 08 Dekabr 2025
2921
20:16 / 08 Dekabr 2025
298
20:14 / 08 Dekabr 2025
582
19:53 / 08 Dekabr 2025
114
19:46 / 08 Dekabr 2025
2654
19:44 / 08 Dekabr 2025
73
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.