Prezident ŞAD XƏBƏR verdi
08 Dekabr 2025, 23:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2995
10.08.2025, 21:06
2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Azərbaycan liderinə təbriklər gəlib.
Oxu24.com İlham Əliyevi təbrik edən rəsmilərin siyahısını təqdim edir:
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
2025-ci il avqustun 8-də Ağ Evdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında tarixi sülh bəyannaməsinin imzalanması münasibətilə Sizə İslam dünyasının mərkəzindən ən səmimi təbriklərimi çatdırıram.
Bu, Cənubi Qafqazın üfüqünü ümid və harmoniya ilə işıqlandıran parlaq bir hadisədir. Bu, eyni zamanda tarixi zənginləşdirən, dünyanı ruhlandıran, dostluq, əməkdaşlıq və qarşılıqlı hörmət yollarını açan mühüm bir mərhələdir.
Zati-aliləri, bu nailiyyət Sizin uzaqgörən liderliyinizin, əvəzsiz fədakarlığınızın və ortaq rifah gələcəyini formalaşdırmaq istiqamətində göstərdiyiniz əzmkar səylərin əyani təzahürüdür. Sizin müdrik rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası xalqları ortaq məqsədlər ətrafında birləşdirə biləcək qətiyyətin, dialoqun, gələcək baxışların parlaq nümunəsinə çevrilmişdir.
ICESCO-nun Baş direktoru kimi mən də bu anın sevincini və xalqınıza bəxş etdiyi qüruru bölüşürəm. Bu, sadəcə bir razılaşma deyil, gələcək nəsillərə bəxş olunan bir hədiyyədir, mədəniyyətlərin, ideyaların və imkanların inkişaf edəcəyi bir bünövrədir. ICESCO Azərbaycanın yanında olmaqla, təhsil, mədəniyyət və elm sahələrində təşəbbüslər vasitəsilə bu sülh ruhuna töhfə verməyə, hər bir sahədə anlaşmaya və əməkdaşlığa hazırdır.
Uca Allah bu yeni dövrü uğurlu etsin, onun yaratdığı bağları möhkəmləndirsin və region xalqlarına daha böyük nailiyyətlər, birlik və rifah bəxş etsin!
Zati-aliləri, bu tarixi və ilhamverici nailiyyət münasibətilə Sizə bir daha ən səmimi təbriklərimi çatdırır, ən yüksək ehtiramımı bildirirəm. Azərbaycanın adı tarixin bu parlaq səhifəsi ilə əbədi olaraq xatırlanacaqdır".
***
Roma Papası XIV Leo Ermənistan və Azərbaycanın sülh bəyannaməsi imzalamasını alqışlayıb.
Papa bu barədə ənənəvi bazar günü xütbəsi zamanı danışıb.
"Ermənistan və Azərbaycanı sülhə dair birgə bəyannamə imzaladıqları üçün təbrik edirəm. Ümid edirəm ki, bu, Qafqazda davamlı sülhün bərqərar olmasına xidmət edəcək", – deyə XIV Leo bildirib.
***
Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmuş razılaşmalar münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. Kasım-Jomart Tokayev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını qeyd edərək, onların regionda hərtərəfli əməkdaşlıq üçün imkan yaradacağına ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə təşəkkür edərək, Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda göstərdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də deyib.
Dövlət başçısı Qazaxıstanın ötən ilin mayında sülh danışıqları çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında aparılan danışıqlara ev sahibliyi etməsinə və bu prosesə töhfəsinə görə minnətdarlığını bildirib.
Həmçinin oxuyun
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
***
Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında Ukrayna Prezidenti dövlət başçısını Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nailiyyətlər münasibətilə təbrik edib və bu görüşün tarixi xarakter daşıdığını vurğulayıb.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirib, Ermənistanla Azərbaycan arasında əldə olunmuş razılaşmaların, xüsusilə ABŞ Prezidentinin şahidliyi ilə iki ölkə arasında imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunmasına və çiçəklənməyə xidmət göstərəcəyini qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan və Ukrayna arasında ikitərəfli əlaqələrə də toxunulub. Bu xüsusda, ötən ay Bakıda iki ölkə arasında hökumətlərarası komissiyanın iclasının keçirilməsi və bu çərçivədə iqtisadi-ticarət əlaqələrinin inkişafına dair səmərəli müzakirələrin aparıldığı vurğulanıb.
Telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarına və ölkəmizə aid digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən məqsədyönlü şəkildə hava zərbələrinin endirilməsini pisləyib, bunun Azərbaycan ilə Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına heç bir halda səbəb olmayacağına əminliklərini vurğulayıblar.
***
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində əldə olunmuş nəticələrlə əlaqədar Azərbaycan liderini təbrik edib.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə telefon danışığında bunun tarixi xarakter daşıdığını qeyd edib.
Telefon danışığı əsnasında Azərbaycan ilə BƏƏ arasında enerji, o cümlədən bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlıq qeyd edilib, qarşılıqlı sərmayələrlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlətimizin başçısı Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.
***
Avqustun 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidmətinin məlumat yayıb.
Telefon söhbəti zamanı Pakistanın Baş naziri Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanmış sənədlərin, əldə olunmuş razılaşmaların önəmini vurğulayıb və Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon söhbəti əsnasında iqtisadi, enerji, ticari və sərmayələr sahələrində ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
23:54 / 08 Dekabr 2025
200
23:39 / 08 Dekabr 2025
399
23:19 / 08 Dekabr 2025
2531
23:15 / 08 Dekabr 2025
397
22:25 / 08 Dekabr 2025
49
22:22 / 08 Dekabr 2025
70
22:16 / 08 Dekabr 2025
59
22:12 / 08 Dekabr 2025
66
22:08 / 08 Dekabr 2025
283
21:59 / 08 Dekabr 2025
60
21:57 / 08 Dekabr 2025
61
21:36 / 08 Dekabr 2025
799
21:24 / 08 Dekabr 2025
70
21:10 / 08 Dekabr 2025
84
21:01 / 08 Dekabr 2025
109
20:54 / 08 Dekabr 2025
236
20:31 / 08 Dekabr 2025
64
20:23 / 08 Dekabr 2025
62
20:19 / 08 Dekabr 2025
2921
20:16 / 08 Dekabr 2025
298
20:14 / 08 Dekabr 2025
582
19:53 / 08 Dekabr 2025
114
19:46 / 08 Dekabr 2025
2654
19:44 / 08 Dekabr 2025
73
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.