Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi
18 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
628
10.08.2025, 16:30
Avqustun 10-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Oxu24.com AZƏRTAC-a istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Azərbaycanla Ermənistan arasında normallaşma gündəliyi ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında əldə olunmuş razılaşmalar münasibətilə dövlət başçısını və Azərbaycan xalqını təbrik edib. Kasım-Jomart Tokayev bu nəticələrin tarixi əhəmiyyət daşıdığını qeyd edərək, onların regionda hərtərəfli əməkdaşlıq üçün imkan yaradacağına ümidvarlığını bildirib.
Dövlət başçısı təbriklərə görə təşəkkür edərək, Amerika Birləşmiş Ştatlarında Azərbaycan ilə Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış bəyannamənin və digər sənədlərin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb. Bu xüsusda göstərdiyi dəstəyə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz nəqliyyat bağlantısı üzrə əldə olunmuş razılaşmanın Orta Dəhlizin yükaşırma qabiliyyətinə gələcəkdə müsbət təsir göstərəcəyini də deyib.
Dövlət başçısı Qazaxıstanın ötən ilin mayında sülh danışıqları çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında aparılan danışıqlara ev sahibliyi etməsinə və bu prosesə töhfəsinə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
14:55 / 18 Oktyabr 2026
23
14:50 / 18 Oktyabr 2026
31
14:41 / 18 Oktyabr 2026
78
14:29 / 18 Oktyabr 2026
100
14:21 / 18 Oktyabr 2026
59
14:15 / 18 Oktyabr 2026
68
14:15 / 18 Oktyabr 2026
67
14:11 / 18 Oktyabr 2026
58
14:07 / 18 Oktyabr 2026
245
13:55 / 18 Oktyabr 2026
72
13:40 / 18 Oktyabr 2026
191
13:35 / 18 Oktyabr 2026
75
13:32 / 18 Oktyabr 2026
103
13:30 / 18 Oktyabr 2026
72
13:24 / 18 Oktyabr 2026
254
13:15 / 18 Oktyabr 2026
78
13:05 / 18 Oktyabr 2026
169
13:01 / 18 Oktyabr 2026
82
12:51 / 18 Oktyabr 2026
222
12:47 / 18 Oktyabr 2026
130
12:42 / 18 Oktyabr 2026
322
12:26 / 18 Oktyabr 2026
2217
12:21 / 18 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.