Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi
18 Oktyabr 2026, 14:15
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
722
09.08.2025, 18:37
Avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Oxu24.com AZƏRTAC-a istinadən bildirir ki, telefon danışığı zamanı Azərbaycan ilə Türkiyə arasında qardaşlığa və strateji müttəfiqliyə əsaslanan əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Prezident İlham Əliyevin ABŞ-a səfəri çərçivəsində imzalanan sənədlərin, xüsusilə Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri tərəfindən ABŞ Prezidentinin şahidliyi ilə imzalanmış bəyanatın, Azərbaycan ilə Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişin paraflanmasının, ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətin regionda davamlı sülhün və sabitliyin təmin olunması baxımdan əhəmiyyətinə toxunulub.milli.az
Bu nəticələrin əldə olunmasında ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu qeyd edən dövlətimizin başçısı Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan regionu arasında maneəsiz əlaqənin yaradılmasına xidmət edəcək nəqliyyat bağlantısının bütün regionun çiçəklənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Dövlətimizin başçısı Ermənistanla Azərbaycan arasında normallaşma prosesində Prezident Rəcəb Tayyib Ərdoğanın və qardaş Türkiyənin oynadığı rolu yüksək qiymətləndirib və buna görə təşəkkürünü bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan regionda sülh gündəliyinin irəli aparılmasına nümayiş etdirdiyi liderliyə görə Prezident İlham Əliyevə təbriklərini çatdırıb və qeyd edib ki, Türkiyə regionda sülhü və sabitliyi daim dəstəkləyir.
Söhbət zamanı Azərbaycan təbii qazının Türkiyə ərazisindən Suriyaya ixracının başlanması müsbət hadisə kimi qiymətləndirilərək, bunun Suriyanın enerji təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə töhfə verəcəyi bildirilib.
Telefon danışığı əsnasında Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
15:35 / 18 Oktyabr 2026
1
15:25 / 18 Oktyabr 2026
11
15:12 / 18 Oktyabr 2026
63
15:00 / 18 Oktyabr 2026
98
14:55 / 18 Oktyabr 2026
1139
14:50 / 18 Oktyabr 2026
77
14:41 / 18 Oktyabr 2026
126
14:29 / 18 Oktyabr 2026
174
14:21 / 18 Oktyabr 2026
83
14:15 / 18 Oktyabr 2026
92
14:15 / 18 Oktyabr 2026
85
14:11 / 18 Oktyabr 2026
71
14:07 / 18 Oktyabr 2026
425
13:55 / 18 Oktyabr 2026
83
13:40 / 18 Oktyabr 2026
234
13:35 / 18 Oktyabr 2026
84
13:32 / 18 Oktyabr 2026
120
13:30 / 18 Oktyabr 2026
77
13:24 / 18 Oktyabr 2026
349
13:15 / 18 Oktyabr 2026
85
13:05 / 18 Oktyabr 2026
193
13:01 / 18 Oktyabr 2026
90
12:51 / 18 Oktyabr 2026
256
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.