Aydın Mirzəzadə: İlham Əliyevin Naxçıvan siyasəti yeni mərhələyə keçir
15 Avqust 2026, 11:53
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
780
09.08.2025, 17:52
Ötən gecə ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan liderləri sülh bəyannaməsi imzalayıblar, həmçinin Azərbaycanın əsas ərazisini Naxçıvanla birləşdirəcək "Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu" marşrutu barədə razılıq əldə edilib.
Prezident İlham Əliyevin sözləri ilə desək, "dünyanın bir nömrəli paytaxtında" baş verən bu hadisələr İranda ciddi şok və ümidsizlik yaradıb.
Oxu24.com -un verdiyi məlumata görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə qeyd olunub.
Qeyd edilib ki, bunu anti-Azərbaycan çıxışları ilə tanınan bir İran saytının məqaləsi aydın şəkildə göstərməkdədir.
"Ağ Evdə gerçəkləşən Bakı-İrəvan razılaşmasını "Vaşinqtonun Moskvaya və şəxsən Putinə içirtdiyi zəhər camı" adlandıran sayt İran barədə bunları yazıb: "Bir vaxtlar Ermənistanı özünün ənənəvi müttəfiqi adlandıran İran indi Şimal-Cənub dəhlizinin məhv olmasının, NATO və İsrailin nəzarətində olan dəhlizlərin meydanı ələ almasının şahidi olmalıdır. Şimalda İsrail Bakının pəncərəsindən daxil olub; qərbdə Türkiyə meydanın fəal oyunçusudur; cənubda ərəb ölkələri "İbrahim sazişi" kartı ilə gələcəklərini satın alırlar. Tehran isə həmişəki kimi öz yerində dayanıb, amma tək-tənha!"
Regionda baş verən proseslərə vaxtı keçmiş meyarlar ilə yanaşan saytın Vaşinqtonda gerçəkləşən tarixi hadisə kontekstində İranın təkləndiyini və tənha qaldığını etiraf etməsi çox mənalıdır, üstəlik, yaşanan şokun dərinliyindən xəbər verir.
Bunu hazırda İran prezident administrasiyasında məsul vəzifə tutan İranın Azərbaycandakı keçmiş səfiri Abbas Musəvinin dövlət televiziyasına müsahibəsindəki bir məqam da nümayiş etdirir. ABŞ prezidentinin Azərbaycan-Ermənistan sülh gündəliyinə və Zəngəzur dəhlizi məsələsinə müdaxilə etməsinin İran üçün "bir qədər maraqlı, eyni zamanda, şübhəli və təhlükəli olduğunu" bildirən diplomat o qədər çaşqınlıq keçirib ki, canlı efirdə ABŞ prezidenti barədə "əziz cənab Tramp" ifadəsini işlədib, bu da mediada və sosial şəbəkələrdə geniş reaksiyalar doğurub".
20:06 / 15 Avqust 2026
1
19:44 / 15 Avqust 2026
35
19:31 / 15 Avqust 2026
49
19:29 / 15 Avqust 2026
49
19:17 / 15 Avqust 2026
55
19:04 / 15 Avqust 2026
55
18:42 / 15 Avqust 2026
63
18:30 / 15 Avqust 2026
56
18:16 / 15 Avqust 2026
60
18:03 / 15 Avqust 2026
76
15:19 / 15 Avqust 2026
109
14:56 / 15 Avqust 2026
221
14:16 / 15 Avqust 2026
916
13:58 / 15 Avqust 2026
814
13:10 / 15 Avqust 2026
88
13:06 / 15 Avqust 2026
2256
12:46 / 15 Avqust 2026
133
12:30 / 15 Avqust 2026
141
12:15 / 15 Avqust 2026
164
11:58 / 15 Avqust 2026
623
11:58 / 15 Avqust 2026
79
11:53 / 15 Avqust 2026
110
11:40 / 15 Avqust 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.