Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar
18 Oktyabr 2026, 18:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
2386
07.08.2025, 12:37
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə Azərbaycan lideri İlham Əliyevin Birləşmiş Ştatlara gözlənilən səfəri təkcə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin yeni mərhələyə keçməsi baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik müstəvisində böyük strateji əhəmiyyət daşıyır.
Oxu24.com xəbər verir ki,bu fikirləri “Report”a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Donald Trampın prezident seçilməsindən sonra Bakı–Vaşinqton münasibətlərində yeni dinamika formalaşmaqdadır:
“Bayden administrasiyası dövründəki gərginlikdən fərqli olaraq, hazırda qarşılıqlı etimad və siyasi dialoq mühiti hökm sürür. Prezident İlham Əliyevin səfəri bu münasibətlərin yenidən dirçəldiyinin və tərəflər arasında strateji əməkdaşlığın genişləndiyinin əyani göstəricisidir”.
Deputat səfərin əsas gündəliyinin iki əsas istiqamət təşkil etdiyini təxmin edib:
“Birincisi, Azərbaycan və ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat sahələrində strateji tərəfdaşlığın möhkəmləndirilməsi məsələləridir. ABŞ Azərbaycanın enerji təhlükəsizliyi və beynəlxalq nəqliyyat layihələrində vacib tərəfdaşlarından biri olaraq qalır. Bu kontekstdə Zəngəzur dəhlizinin açılması kimi fundamental məsələlərin də səfər çərçivəsində müzakirə olunması gözlənilir”.
Onun fikrincə, ikinci mühüm istiqamət isə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəlilədilməsi məsələsidir:
“Vətən müharibəsində qazandığımız tarixi qələbə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb. Prezident İlham Əliyev məhz bu yeni reallıqlara əsaslanaraq, regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün ədalətli və hüquqa əsaslanan 5 prinsip təklif edib. Azərbaycan bu gündəliyi uğurla sona çatdırmağa yaxındır”.
18:55 / 18 Oktyabr 2026
43
18:50 / 18 Oktyabr 2026
1
18:47 / 18 Oktyabr 2026
48
18:37 / 18 Oktyabr 2026
83
18:32 / 18 Oktyabr 2026
377
18:30 / 18 Oktyabr 2026
66
18:25 / 18 Oktyabr 2026
91
18:20 / 18 Oktyabr 2026
1749
18:15 / 18 Oktyabr 2026
59
18:00 / 18 Oktyabr 2026
65
17:21 / 18 Oktyabr 2026
114
16:10 / 18 Oktyabr 2026
97
16:05 / 18 Oktyabr 2026
103
15:55 / 18 Oktyabr 2026
106
15:35 / 18 Oktyabr 2026
267
15:25 / 18 Oktyabr 2026
123
15:12 / 18 Oktyabr 2026
178
15:00 / 18 Oktyabr 2026
329
14:55 / 18 Oktyabr 2026
3349
14:50 / 18 Oktyabr 2026
164
14:41 / 18 Oktyabr 2026
221
14:29 / 18 Oktyabr 2026
2346
14:21 / 18 Oktyabr 2026
121
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.