Qaynar xətt:

(+99450) 247 90 86

Prezident həmkarını təbrik etdi 

Prezident həmkarını təbrik etdi 

SİYASƏT

568

01.08.2025, 11:19

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Prezidenti Karin Keller-Sutterə təbrik məktubu ünvanlayıb.

Oxu24.com  xəbər verir ki, məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan-İsveçrə münasibətlərinin dostluq məcrasında inkişafı və səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, İsveçrə Konfederasiyasına daim rifah və firavanlıq arzulayıram”.