Nazirlikdə bu qayda dəyişdi - Anar Bayramov rayonlara gedir
17 Noyabr 2026, 14:35
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
954
31.07.2025, 13:56
Prezident İlham Əliyev Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını Kürdəmir rayonunun Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Sərəncama əsasən, Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi magistralını on iki min nəfər əhalinin yaşadığı Sığırlı, Ərşəli, Muğanlı, Xınıslı kəndləri və Karrar qəsəbəsi ilə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılır.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutacaq.
Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
15:43 / 17 Noyabr 2026
1
15:12 / 17 Noyabr 2026
80
15:07 / 17 Noyabr 2026
72
14:52 / 17 Noyabr 2026
75
14:35 / 17 Noyabr 2026
80
14:15 / 17 Noyabr 2026
75
14:02 / 17 Noyabr 2026
88
13:57 / 17 Noyabr 2026
100
13:45 / 17 Noyabr 2026
100
13:24 / 17 Noyabr 2026
120
13:22 / 17 Noyabr 2026
129
12:58 / 17 Noyabr 2026
115
12:55 / 17 Noyabr 2026
123
12:43 / 17 Noyabr 2026
120
12:25 / 17 Noyabr 2026
124
12:05 / 17 Noyabr 2026
744
11:58 / 17 Noyabr 2026
133
11:56 / 17 Noyabr 2026
382
11:28 / 17 Noyabr 2026
121
11:00 / 17 Noyabr 2026
162
10:54 / 17 Noyabr 2026
144
10:50 / 17 Noyabr 2026
162
10:45 / 17 Noyabr 2026
148
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.