Prezident onu nazir TƏYİN ETDİ
19 Oktyabr 2026, 11:49
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
998
26.07.2025, 16:54
Məlum olduğu kimi, iyulun 24-də Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb.
Oxu24.com xəbər verir ki, Day.az informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.
Qusmanın vəzifədən azad olunmasının pərdəarxası
Sözügedən məqalədə bildirilib ki, Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb:
“Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.
Məqalədə həmçinin Rusiya hakimiyyətində antiazərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub:
“Rusiyanın Azərbaycana qarşı antaqonizmi təkcə Bakının Ukraynanın ərazi bütövlüyünü tanıması ilə bağlı deyil. Bu münasibətin kökləri Moskvanın Azərbaycanın suveren siyasətini qəbul edə bilməməsi ilə əlaqəlidir.
Azərbaycan dövləti ölkə ərazisində xarici təsir şəbəkələrinə qarşı ardıcıl mübarizə aparır. Qərb agentləri, İranın təsir şəbəkəsi - bunların hamısı ardıcıl olaraq ifşa edilib və məhv edilib.
Azərbaycan heç vaxt imkan verməyib ki, hər hansı qüvvə ölkəmizdən öz maraqları üçün istifadə etsin. Təəccüblü deyil ki, növbə Moskvanın uzun illərdir qurduğu Rusiya təsir şəbəkəsinə çatıb”.
Rusiya təsir şəbəkəsinin ifşası
Məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinin üzvlərinin adları da qeyd olunub:
“2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi. Ramiz Mehdiyev və Nəcməddin Sadıqovun vəzifədən çıxarılması bu xəttin başlanğıcı idi. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.
Son olaraq isə Azər Qasımov vəzifəsindən azad edildi.
Bu kontekstdə bir vaxtlar deputat olmuş, sonradan “yoxa çıxan” Elşad Mirbəşiri də xatırlamaq yerinə düşər. FSB ilə əlaqələri üzə çıxdıqdan sonra o, ictimai arenadan və Sosial Tədqiqatlar Mərkəzindən uzaqlaşdırıldı.
Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb”.
Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil.
Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir.
14:29 / 19 Oktyabr 2026
1
14:17 / 19 Oktyabr 2026
36
14:15 / 19 Oktyabr 2026
48
14:10 / 19 Oktyabr 2026
56
14:09 / 19 Oktyabr 2026
45
13:46 / 19 Oktyabr 2026
65
13:37 / 19 Oktyabr 2026
62
13:27 / 19 Oktyabr 2026
1025
13:22 / 19 Oktyabr 2026
65
13:07 / 19 Oktyabr 2026
1171
13:03 / 19 Oktyabr 2026
72
12:55 / 19 Oktyabr 2026
204
12:54 / 19 Oktyabr 2026
117
12:36 / 19 Oktyabr 2026
90
12:35 / 19 Oktyabr 2026
85
12:25 / 19 Oktyabr 2026
70
12:11 / 19 Oktyabr 2026
76
12:04 / 19 Oktyabr 2026
346
11:55 / 19 Oktyabr 2026
135
11:49 / 19 Oktyabr 2026
261
11:40 / 19 Oktyabr 2026
792
11:26 / 19 Oktyabr 2026
520
11:20 / 19 Oktyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.