Prezident sərəncam İMZALADI: Bu şəxslərə şamil olunacaq
19 Oktyabr 2026, 14:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
1146
25.07.2025, 15:06
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək.
Oxu24.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib.
Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə ediləcək. Eyni zamanda elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılacaq.
Bundan başqa, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, IAMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq.
Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.
Eyni zamanda vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər edilib. Belə ki, vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur.
Bundan başqa, əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.
16:01 / 19 Oktyabr 2026
1
15:58 / 19 Oktyabr 2026
15
15:51 / 19 Oktyabr 2026
22
15:47 / 19 Oktyabr 2026
56
15:35 / 19 Oktyabr 2026
49
15:21 / 19 Oktyabr 2026
266
14:43 / 19 Oktyabr 2026
157
14:32 / 19 Oktyabr 2026
674
14:29 / 19 Oktyabr 2026
78
14:17 / 19 Oktyabr 2026
136
14:15 / 19 Oktyabr 2026
95
14:10 / 19 Oktyabr 2026
133
14:09 / 19 Oktyabr 2026
71
13:46 / 19 Oktyabr 2026
88
13:37 / 19 Oktyabr 2026
84
13:27 / 19 Oktyabr 2026
1911
13:22 / 19 Oktyabr 2026
84
13:07 / 19 Oktyabr 2026
1875
13:03 / 19 Oktyabr 2026
89
12:55 / 19 Oktyabr 2026
259
12:54 / 19 Oktyabr 2026
138
12:36 / 19 Oktyabr 2026
104
12:35 / 19 Oktyabr 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.