Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13461
az

Azərbaycanda vətəndaşı incidən rəis işdən qovuldu - Gömrükdən şikayətçiyə təşəkkür

16:5320 May, 2019
1516
SİYASƏT
  • A
Bəzi kütləvi informasiya vasitələrində Türkiyə Respublikasında müvəqqəti yaşayaraq ölkəmizə qayıdan Azərbaycan vətəndaşı Xanım Şabanovanın özü ilə gətirdiyi ev əşyalarının Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü” gömrük postunda saxlanılması və həmin şəxsdən gömrük ödənişlərinin tələb olunmasına dair məlumat yayılıb


{banner_reklam}


Bununla bağlı Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirib. Qurumun mətbuat xidmətindən Oxu24.com a açıqlamasında məsələ ilə bağlı problem həllini tapıb.

Qeyd edək ki, Xanım Şabanovanın ölkəyə qayıtdığı tarixdə “Qırmız Körpü” gömrük postunun rəisi işləyən şəxs yuxarıda qeyd olunan hadisə ictimailəşdirilmədən öncə tutduğu vəzifədən azad olunub.

Komitənin aidiyyəti qurumları tərəfindən aparılan araşdırma nəticəsində vətəndaşın ölkə ərazisinə gətirdiyi malların- ev əşyalarının gömrük rəsmiləşdirilməsi zamanı qanunvericiliyin pozulması halları qeydə alındığından rəsmiləşdirilməni həyata keçirən gömrük əməkdaşları Komitə sədrinin əmrinə əsasən inzibati məsuliyyətə cəlb edilərək cəzalandırılıblar və vətəndaşın əşyalarının özünə qaytarılması haqqında qərar verilib.

Dövlət Gömrük Komitəsi qanunvericiliyin pozulmasının qarşısının alınmasında göstərdiyi prinsipial vətəndaşlıq mövqeyinə görə Xanım Şabanovaya təşəkkürünü bildirir.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Diplomatik pasportu olan Ata Abdullayevi Paşinyana yalvarmağa kim göndərmişdi?
Bakı sakinlərinə ŞAD XƏBƏR - Prezident 6 milyon manat ayırdı
Prezident iki icra başçısını işdən çıxartdı - Yeni təyinatlar

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü