Prezident İlham Əliyev Azərbaycan xalqını təbrik edib
19 Mart 2025, 21:28
Qaynar xətt:
(+99450) 247 90 86İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
SİYASƏT
223
18.03.2025, 17:34
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Oxu24.com-un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Həmçinin oxuyun
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"
23:21 / 20 Mart 2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
1
23:11 / 20 Mart 2025
Gürcüstan Ermənistanı darmadağın edib
18
22:58 / 20 Mart 2025
İsveç Rusiya ilə mübarizə aparmaq üçün elit qoşunlar hazırlamağa başlayıb
10
22:47 / 20 Mart 2025
ABŞ İranın oksigen təchizatını kəsir
11
22:37 / 20 Mart 2025
21-ci günün duası - İmsak və iftar vaxtı
14
22:33 / 20 Mart 2025
Rusiya qazı amerikalılar vasitəsilə Avropaya çatacaq
13
22:30 / 20 Mart 2025
Ərdoğan İmamoğlunun saxlanılması ilə bağlı nə deyib?
351
22:24 / 20 Mart 2025
ABŞ Əl-Hodeydə əyalətində husilərə zərbələr endirib
11
22:19 / 20 Mart 2025
Təzə doğulan körpə anasız qaldı
14
22:04 / 20 Mart 2025
Təyyarəni göydə ildırım vurdu
25
21:43 / 20 Mart 2025
Azərbaycanda tükürpədici hadisə: Uşaq 3 gün evdə tək qaldı
288
21:39 / 20 Mart 2025
ABŞ İrana qarşı sanksiyaları genişləndirir
31
21:10 / 20 Mart 2025
Rusiyaya hücum olub
36
20:59 / 20 Mart 2025
Rusiya Azərbaycana nə təklif edib?
215
20:55 / 20 Mart 2025
Polşadan Ukrayna ilə bağlı açıqlama
43
20:52 / 20 Mart 2025
Rusiyadan Belarusa təbrik zəngi
39
20:46 / 20 Mart 2025
Bayramda çox yeməyin zərərləri
36
20:42 / 20 Mart 2025
Böyük Britaniyanın xarici işlər naziri Putinə Ukraynadakı sülhməramlılarla bağlı səs verməkdən imtina edib
47
20:40 / 20 Mart 2025
Məşhur aktyor vəfat etdi
46
20:40 / 20 Mart 2025
Taylandda istənilən vaxt içməyə icazə veriləcək
40
20:33 / 20 Mart 2025
Tramp Baydeni axmaq adlandırdı
49
20:25 / 20 Mart 2025
Orban Aİ-nin gələcəyini anlamadığını deyib
45
20:22 / 20 Mart 2025
Rusiyaya qarşı sanksiyaların ləğvi ilə bağlı petisiya Slovakiya Nazirlər Kabinetinə göndərilib
42
20:05 / 20 Mart 2025
Ermənistan bu istiqamətdən atəş açır
836
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.