Vladimir Putin bayram münasibətilə İlham Əliyevi təbrik edib
21 Mart 2025, 16:18
Qaynar xətt:
(+99450) 247 90 86İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
SİYASƏT
227
18.03.2025, 17:34
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Oxu24.com-un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval‑ruhiyyəsi, cansağlığı və uğurlar arzulayıram.
Ulu əcdadlarımızın müqəddəs yadigarı olan Novruz bayramı müdrik Azərbaycan xalqının zəngin həyat fəlsəfəsini və nikbin dünyagörüşünü günümüzədək yaşadaraq milli-mənəvi varisliyin bariz nümunəsinə çevrilmişdir. Bu böyük el bayramı təbiətə məhəbbətin, ruhi paklıq və gözəlliyin, mərhəmət və xeyirxahlığın yüksək təntənəsidir. Ali ümumbəşəri dəyərlərin daşıyıcısı olduğu üçün o, dünya mədəni irsinin qiymətli nümunələri sırasında layiqli yer tutur.
Həmçinin oxuyun
Novruz bayramı milli təfəkkürümüzün ayrılmaz parçası kimi ənənəvi dəyərlərimizin formalaşmasında müstəsna rol oynamışdır. Ölkəmizi sivilizasiyaların qovuşuğundakı qədim mərkəzlərdən biri olaraq tanıtmış misilsiz mənəviyyat xəzinəmizdə Novruz mərasimləri xüsusi mövqeyə malikdir. Baharın gəlişinin əsrlərin yaddaşında iz qoymuş adətlərə uyğun şəkildə bu gün də rəngarəng el şənlikləri ilə Vətənimizin hər bir guşəsində geniş qeyd edilməsi tarixi-mədəni irsə bağlılığımızın parlaq ifadəsidir.
Cəmiyyətdə ünsiyyəti, qarşılıqlı səmimi münasibətləri dərinləşdirən və bizi azərbaycançılıq məfkurəsi işığında sıx birləşdirən Novruz bayramı milli həmrəyliyimizi getdikcə daha da möhkəmləndirir. Əminəm ki, bu həmrəylik duyğusu yaz fəslinin yeniləşdirici ab-havası və beşinci ildönümünə hazırlaşdığımız şanlı Zəfərin verdiyi mənəvi güclə vəhdətdə ümumxalq əhəmiyyətli bütün işlərimizin lazımi səviyyədə icrasını təmin edəcəkdir. Bayram sevincini işğaldan azad olunmuş əzəli torpaqlarımızda yaşayan soydaşlarımız əbədi qayıtdıqları öz dədə-baba yurdlarında aydın səma altında əmin-amanlıq içində daim şövqlə qurub yaradacaqlar.
Üzümüzə gələn Novruz bayramının hər evə, hər ocağa firavanlıq, səadət və bol ruzi-bərəkət gətirməsini diləyirəm.
Bayramınız mübarək olsun!"
18:44 / 21 Mart 2025
Gəncədə qaz balonu partlayıb, yaralanan var
3
18:28 / 21 Mart 2025
TƏCİLİ! Hərbçilərimizin nəşi tapılıb
66
16:18 / 21 Mart 2025
Vladimir Putin bayram münasibətilə İlham Əliyevi təbrik edib
360
16:12 / 21 Mart 2025
Bulvarda meyiti tapılan şəxs kimdir?
66
13:54 / 21 Mart 2025
Macarıstandan Ukrayna ilə bağlı xəbərdarlıq
56
13:49 / 21 Mart 2025
Fransa Rusiyanın iki telekanalının yayımını qadağan edib
49
13:46 / 21 Mart 2025
Bakıda evdə yanğın olub, 1 nəfər xəsarət alıb
39
13:16 / 21 Mart 2025
Hava ilə bağlı XƏBƏRDARLIQ
513
13:08 / 21 Mart 2025
Rusiya "İsgəndər"lə vurur - video
76
11:31 / 21 Mart 2025
Müdafiə Nazirliyi açıqladı: Ermənistan atəşə başladı
564
11:20 / 21 Mart 2025
FHN açıqlama yaydı
59
11:08 / 21 Mart 2025
58 yaşlı kişi spirtdən zəhərlənərək ölüb
58
10:48 / 21 Mart 2025
SON DƏQİQƏ! DTX əməliyyat keçirdi: Həmin şəxsin oğlu da tutuldu
1033
10:46 / 21 Mart 2025
Mehparə Əsədova vəfat edib
133
09:57 / 21 Mart 2025
Şoyqudan Ermənistana ciddi - Xəbərdarlıq
102
09:47 / 21 Mart 2025
Sumqayıtda 53 yaşlı qadının meyiti tapılıb
83
09:43 / 21 Mart 2025
Azərbaycana qar yağır
92
09:25 / 21 Mart 2025
Azərbaycanda zəlzələ oldu
1004
23:21 / 20 Mart 2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
103
23:11 / 20 Mart 2025
Gürcüstan Ermənistanı darmadağın edib
142
22:58 / 20 Mart 2025
İsveç Rusiya ilə mübarizə aparmaq üçün elit qoşunlar hazırlamağa başlayıb
106
22:47 / 20 Mart 2025
ABŞ İranın oksigen təchizatını kəsir
93
22:37 / 20 Mart 2025
21-ci günün duası - İmsak və iftar vaxtı
85
22:33 / 20 Mart 2025
Rusiya qazı amerikalılar vasitəsilə Avropaya çatacaq
77
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.