Azərbaycan Polşaya nota verdi: Səfir XİN-ə çağırıldı
28 Avqust 2026, 22:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
655
12.12.2024, 23:23
Almaniya Federal Mülki Müdafiə və Fəlakət Yardımı İdarəsinin sədr müavini Rene Funk, Alman mətbuatına verdiyi açıqlamada, Almaniyada hər evdə ehtiyat tədbiri olaraq ən azı üç günlük təcili yardım ləvazimatları və ərzaq saxlanılmasının vacib olduğunu vurğulayıb.
OXU24.COM xəbər verir ki, Funk, beynəlxalq gərginliklərin və kibertəhdidlərin artması səbəbindən bu cür hazırlıqların zəruri hala gəldiyini qeyd edib. O, vətəndaşlara çağırış edərək deyib:
"Uzunmüddətli elektrik kəsintiləri də daxil olmaqla fövqəladə vəziyyətə hazır olun. Hər gün çoxlu sayda hibrid hücumlarla qarşılaşırıq."
Funk, hər bir fərd üçün gündəlik ən azı 1,5 litr su ehtiyatının saxlanılmasını tövsiyə edib və konservləşdirilmiş qidaların əhəmiyyətindən bəhs edib.
Almaniya Federal Mülki Müdafiə və Fəlakət Yardımı İdarəsinin ölkədəki potensial böhranlara və fəlakətlərə cavab vermədə əsas rol oynadığı, risk analizləri apardığı və xalqı lazımi hazırlıqlar barədə xəbərdar etməkdən məsul olduğu bildirilib.
Son tövsiyə, Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələrdən gələn artan kiberhücumlarla bağlı mediada yayımlanan xəbərlərdən sonra verilib.
Bu hücumların elektrik şəbəkələri, internet, ərzaq təchizatı, nəqliyyat şəbəkələri və ictimai təhlükəsizlik sistemləri kimi kritik infrastrukturu idarə edən şirkətlər və dövlət qurumlarını hədəf aldığı qeyd olunub.
Alman mətbuatında yayımlanan xəbərlərə görə, Rusiya dövlət nümayəndələrinin Avropa miqyasında dəmir yolu xətləri, elektrik dirəkləri və dənizaltı kabelləri hədəf alan çoxsaylı sabotaj hallarında şübhəli olduğu iddia edilib.
Moskva isə bu iddiaları Rusiyanı nüfuzdan salmağı hədəfləyən əsassız ittihamlar kimi rədd edib.
09:15 / 29 Avqust 2026
22
08:59 / 29 Avqust 2026
41
23:54 / 28 Avqust 2026
144
23:28 / 28 Avqust 2026
114
23:11 / 28 Avqust 2026
94
22:56 / 28 Avqust 2026
124
22:32 / 28 Avqust 2026
126
22:12 / 28 Avqust 2026
111
21:45 / 28 Avqust 2026
77
21:09 / 28 Avqust 2026
129
20:50 / 28 Avqust 2026
142
20:40 / 28 Avqust 2026
165
20:07 / 28 Avqust 2026
113
19:53 / 28 Avqust 2026
127
19:29 / 28 Avqust 2026
97
19:26 / 28 Avqust 2026
440
19:16 / 28 Avqust 2026
627
19:09 / 28 Avqust 2026
97
18:47 / 28 Avqust 2026
108
18:30 / 28 Avqust 2026
108
18:21 / 28 Avqust 2026
847
18:10 / 28 Avqust 2026
87
18:00 / 28 Avqust 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.