Qaynar xətt:

(+99450) 247 90 86

DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdi- Video

DTX əməkdaşları Heydər Əliyevin məzarını ziyarət etdi- Video

SİYASƏT

611

12.12.2024, 13:30

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir Azərbaycanın banisi və xilaskarı, Ümummilli Lider Heydər Əliyevin vəfatının 21-ci ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib.

Oxu24.com  xəbər verir ki, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiram bildirilib və məzarı önünə əklil və gül dəstələri qoyulub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.