Azərbaycan Polşaya nota verdi: Səfir XİN-ə çağırıldı
28 Avqust 2026, 22:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
627
11.12.2024, 16:46
Bu gün xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı olub.
Oxu24.com XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə, Yaxın Şərqdə, xüsusilə Suriyada mövcud vəziyyət, habelə digər regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ATƏT-in Nazirlər Şurasının Maltada keçirilən 31-ci iclası çərçivəsində aparılan danışıqlar və müzakirələr ətrafında fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov təcrübəli türk diplomatı olan Feridun Sinirlioğlunun ATƏT Nazirlər Şurasının 31-ci iclası çərçivəsində Təşkilatın baş katibi kimi yüksək vəzifəyə təyinatı münasibətilə Türkiyə tərəfini təbrik edib, bu böyük nailiyyətin tərəfimizdən böyük sevinclə qarşılandığını diqqətə çatdırıb. ATƏT-in baş katibi F.Sinirlioğluna məsuliyyətli fəaliyyətində uğurlar arzulanıb.
Telefon danışığı çərçivəsində tərəflər, həmçinin regional məsələlər, Suriyada son vəziyyəti ətraflı müzakirə ediblər.
Azərbaycanın Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi, habelə yaranmış böhranlı vəziyyətin tezliklə Suriya xalqının maraq və iradəsinə əsaslanan həllini tapmasına dair ümidvarlıq ifadə olunub.
Danışıq zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
10:42 / 29 Avqust 2026
1
10:37 / 29 Avqust 2026
25
10:30 / 29 Avqust 2026
28
10:28 / 29 Avqust 2026
33
10:15 / 29 Avqust 2026
38
09:52 / 29 Avqust 2026
49
09:43 / 29 Avqust 2026
47
09:30 / 29 Avqust 2026
44
09:15 / 29 Avqust 2026
47
08:59 / 29 Avqust 2026
50
23:54 / 28 Avqust 2026
167
23:28 / 28 Avqust 2026
119
23:11 / 28 Avqust 2026
94
22:56 / 28 Avqust 2026
128
22:32 / 28 Avqust 2026
135
22:12 / 28 Avqust 2026
115
21:45 / 28 Avqust 2026
81
21:09 / 28 Avqust 2026
131
20:50 / 28 Avqust 2026
147
20:40 / 28 Avqust 2026
169
20:07 / 28 Avqust 2026
118
19:53 / 28 Avqust 2026
128
19:29 / 28 Avqust 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.