Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım
30 Avqust 2026, 14:24
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
237
01.12.2024, 14:39
Putinin 2014-cü ildə "Qazaxıstan ərazisində heç vaxt dövlət olmayıb, Nazarbayev bu ərazidə dövlət qurub" sözlərindən sonra qazaxlar "Rusiya prezidentinə tarixi kitab" adlı etiraz kampaniyasına başladı. Buna paralel olaraq, dövlət sifarişi ilə "Qazaxfilm" Qazaxıstan ərazisində mövcud olmuş tarixi dövlətlərlə bağlı kifayət qədər ciddi filmlər çəkdi: "Tomris" filmi belə uğurlu layihələrdəndir, o cümlədən, "Qızıl Orda" ilə Rusiyaya "sizin dövləti də biz yaratmışıq" mesajını verdilər.
OXU24.COM xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Putinin Astana səfəri zamanı "Qazaxıstan rusdilli dövlətdir" sözlərinə cavab olaraq Prezident Tokayevin qazaxca çıxışı etməsi haqda qeyd edib.
O bildirib ki, 2017-ci ildə Nazarbayevin sərəncamı ilə latın əlifbasına keçid layihəsinə start verildi:
"Layihənin 2025-ci ildə başa çatması planlaşdırılır. Putinin o sözünə görə Rusiyanı, belə demək mümkünsə, peşman etdilər. Çünki Nazarbayev Rusiya ilə nə qədər müttəfiq olsa da, Lukaşenko deyildi və dövlət məsələsində prinsipial mövqe sərgiləyirdi.
Tokayev də Putinin Qazaxıstanı "tamamilə rusdilli ölkə" adlandırmasına dərhal verdiyi reaksiya ilə eyni prinsiplərə sadiq olduğunu göstərdi. Və istisna deyil ki, bundan sonra Rusiyaya "Qazaxıstanın tamamilə rusdilli ölkə olmadığını" praktiki addımlarla hiss etdirəcəklər. Çünki Putinin bu sözləri əslində 10 il öncəki iddiasını fərqli formada davam etdirmək və rəsmi Astananı hibrid müharibədə istifadə etdikləri "rusdilli xalq" taktikası ilə hədələməkdir".
19:27 / 30 Avqust 2026
11
18:36 / 30 Avqust 2026
183
18:33 / 30 Avqust 2026
53
17:55 / 30 Avqust 2026
83
17:25 / 30 Avqust 2026
83
17:15 / 30 Avqust 2026
86
17:10 / 30 Avqust 2026
105
16:55 / 30 Avqust 2026
93
16:55 / 30 Avqust 2026
104
16:35 / 30 Avqust 2026
93
16:30 / 30 Avqust 2026
96
16:28 / 30 Avqust 2026
397
16:04 / 30 Avqust 2026
527
15:29 / 30 Avqust 2026
403
15:15 / 30 Avqust 2026
87
15:14 / 30 Avqust 2026
249
15:09 / 30 Avqust 2026
241
15:02 / 30 Avqust 2026
208
14:55 / 30 Avqust 2026
78
14:39 / 30 Avqust 2026
694
14:28 / 30 Avqust 2026
610
14:24 / 30 Avqust 2026
95
13:40 / 30 Avqust 2026
223
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.