Prezident Xocalının Təzəbinə kəndində görülən işlərlə tanış olub
18 İyul 2025, 14:22
Qaynar xətt:
(+99450) 247 90 86SİYASƏT
833
28.11.2024, 12:20
Prezident İlham Əliyev Albaniya Prezidenti Bayram Beqanı milli bayram münasibətilə təbrik edib.
Oxu24.com xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Albaniya Respublikasının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimizin, qarşılıqlı inam və dəstəyə əsaslanan tərəfdaşlığımızın möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımızı xüsusi qeyd etmək istərdim. Fəal siyasi dialoqumuz bütün sahələrdə birgə fəaliyyətimizi daha da genişləndirmək üçün yaxşı zəmin yaradır.
Son dövr ərzində həyata keçirilmiş ali səviyyəli qarşılıqlı səfərlər dövlətlərarası əlaqələrimizin və əməkdaşlığımızın inkişafına yeni təkan vermişdir.
Əminəm ki, Azərbaycan-Albaniya dostluq münasibətlərini inkişaf etdirmək və möhkəmləndirmək, ikitərəfli və çoxtərəfli qaydada işbirliyimizi dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Albaniya xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.
***
Prezident İlham Əliyev Mavritaniyanın Prezidenti Məhəmməd uld Şeyx əl-Qazuaniyə də təbrik məkubu ünvanlayıb.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Mavritaniya İslam Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Həmçinin oxuyun
COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram.
İnanıram ki, Azərbaycan-Mavritaniya münasibətlərinin dostluq məcrasında inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli təsisatlarda səmərəli əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm”.
***
Dövlət başçısı, həmçinin Timor-Lestenin Prezidenti Coze Ramuş-Hortayı da təbrik edib.
Məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Timor-Leste Demokratik Respublikasının milli bayramı – Müstəqilliyin Elan Edilməsi Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimi çatdırıram.
Son dövrdə Azərbaycan ilə Timor-Leste arasında dostluq münasibətlərinin dinamik inkişafı məmnunluq doğurur. Keçən il Azərbaycana səfəriniz ikitərəfli əlaqələrimizin tarixində yeni səhifə açmışdır.
İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən Azərbaycan ilə Timor-Leste arasındakı dostluq münasibətləri daha da inkişaf edəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim əmin-amanlıq firavanlıq arzulayıram”.
00:46 / 19 İyul 2025
Lalə Məmmədovanın evi - VİDEO
1
23:42 / 18 İyul 2025
Antalyada zəlzələ oldu
17
22:35 / 18 İyul 2025
Sabah Bakıda gözlənilən hava ilə bağlı XƏBƏRDARLIQ
56
22:21 / 18 İyul 2025
Qazaxda Ukrayna vətəndaşı çayda batdı
51
21:50 / 18 İyul 2025
Rusiyada "Telegram" və "WhatsApp"a qadağa qoyulacaq ? – Putindən sərt göstəriş
45
20:03 / 18 İyul 2025
Elvin Dəmirli vəzifəsindən ayrıldı
102
19:32 / 18 İyul 2025
Bakıda məşhur hotel sökülür - VİDEO - FOTO
141
18:59 / 18 İyul 2025
Arvadını güllələməkdə ittiham edilən klinika rəhbəri haqda qərar verildi
82
18:59 / 18 İyul 2025
Bakının bu hissəsində işıq olmayacaq
148
18:42 / 18 İyul 2025
“Hyundai Accent” “Gelandewagen”i aşırdı - VİDEO
157
16:46 / 18 İyul 2025
Ölkəmizdə vəkillərin sayı 2770-ə çatıb
100
16:41 / 18 İyul 2025
ŞOK! İki dost bərbər ölü tapıldı
543
16:17 / 18 İyul 2025
Bakının məşhur qəsəbəsi plana düşdü: SÖKÜLÜR
1022
15:55 / 18 İyul 2025
Xəzər TV-yə xəbərdarlıq edildi
859
15:50 / 18 İyul 2025
İran bölgədəki qüvvələrini yenidən silahlandırır
119
15:45 / 18 İyul 2025
Aİ türklərin ölkəyə girişini asanlaşdırır
116
15:41 / 18 İyul 2025
Şir balası saxlayan blogger haqda araşdırma başlandı - VİDEO
123
15:40 / 18 İyul 2025
Makron Zelenskini tək qoymur
111
15:31 / 18 İyul 2025
Hava limanında silahlı qadın tutuldu - VİDEO
185
15:25 / 18 İyul 2025
Litva-Polşa sərhədində uzun avtomobil növbəsi yaranıb
113
15:17 / 18 İyul 2025
Qod Nisanov təcili Moskvaya döndü - FOOD CİTY-DƏ nə baş verir?
1015
15:12 / 18 İyul 2025
Trampa bu həbsxana 2 milyard dollara başa gələ bilər
104
14:59 / 18 İyul 2025
Şolzun kabineti vizajistlərə və stilistlərə büdcədən yarım milyon avrodan çox xərcləyib
238
14:43 / 18 İyul 2025
"Ər axtaran Xəyalə" sözünə görə qadın məhkəməlik oldu - Azərbaycanda ŞOK
491
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.