Qaynar xətt:

(+99450) 247 90 86

Netanyahu atəşkəsin bir addımlığında "Hizbullah"a ŞƏRT QOYDU -"Yerusəlimzərbə endirəcək"

Netanyahu atəşkəsin bir addımlığında "Hizbullah"a ŞƏRT QOYDU -"Yerusəlimzərbə endirəcək"

SİYASƏT

203

26.11.2024, 23:43

"Noyabrın 26-da Livanda atəşkəs razılaşmasını ölkənin hərbi-siyasi kabinetinin təsdiqinə təqdim edəcım"

OXU24.COM xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

O vurğulayıb ki, İsrail tərəfi ABŞ-la razılaşaraq tam hərbi əməliyyat azadlığını saxlayır.

İsrailin baş naziri əlavə edib ki, "Hizbullah" razılaşmanı pozarsa, silahlanmağa, infrastruktur qurmağa və ya raket buraxmağa cəhd edərsə, o zaman Yerusəlim zərbə endirəcək.

Bir gün əvvəl Benyamin Netanyahunun İsrail Müdafiə Qüvvələri ilə Livan "Hizbullah" hərəkatı arasında atəşkəsə gətirib çıxaracaq mümkün razılaşmanı ilkin olaraq təsdiqlədiyi bildirilirdi .

CNN qeyd edib ki, tərəflər arasında atəşkəs razılaşması İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqlənməlidir. Lakin, bu, hələ indiki vaxtda baş verməyib.