Azərbaycan–Qırğızıstan müttəfiqliyi və ŞƏT platformasında yeni imkanlar - ŞƏRH
31 Avqust 2026, 19:45
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
180
25.11.2024, 10:05
Meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasında dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində bu Qaydanın 4-cü hissəsi ilə müəyyən edilmiş hallarla bağlı meşə təsərrüfatına dəyən zərər və itkilər tam şəkildə ödənilməlidir.
Bundan başqa, meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və ya meşə fondundan istifadə nəticəsində meşə təsərrüfatına dəyən zərər və itkilər Nazirlər Kabinetinin “Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında” 1993-cü il 27 dekabr tarixli 636 nömrəli, “Respublika meşələrində əsas meşə və kol cinslərinin yeni köküstə buraxılış nırxlarının təsdiq edilməsi haqqında” 1994-cü il 24 avqust tarixli 312 nömrəli qərarları və 2000-ci il 15 mart tarixli 45 nömrəli Qərarı ilə təsdiq edilmiş “Meşələrin iqtisadi qiymətləndirilməsinin Metodikası”na uyğun olaraq tənzimlənir.
Eyni zamanda bu Qaydanın 4-cü hissəsinə əsasən meşə təsərrüfatına dəyən zərər və itkilərə görə hesablanmış məbləğin təqsirkar fiziki və hüquqi şəxslər tərəfindən ödənilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ziyanın miqdarı ilə bağlı qərar (hesabat sənədi ilə birlikdə) təqsirkar olan fiziki və hüquqi şəxslərə şəxsən təqdim olunur və ya poçt rabitəsi vasitəsilə, yaxud elektron üsulla göndərilir.
Meşə təsərrüfatına dəymiş ziyanın ödənilməsi təqsirkar fiziki və hüquqi şəxslər üçün məcburidir, bununla əlaqədar mübahisələr inzibati qaydada və məhkəmə qaydasında həll edilir.
20:28 / 31 Avqust 2026
23
19:56 / 31 Avqust 2026
92
19:45 / 31 Avqust 2026
50
19:42 / 31 Avqust 2026
49
19:36 / 31 Avqust 2026
68
19:26 / 31 Avqust 2026
417
19:19 / 31 Avqust 2026
64
19:16 / 31 Avqust 2026
64
19:09 / 31 Avqust 2026
169
19:03 / 31 Avqust 2026
152
19:01 / 31 Avqust 2026
80
18:59 / 31 Avqust 2026
75
18:57 / 31 Avqust 2026
74
18:49 / 31 Avqust 2026
725
18:34 / 31 Avqust 2026
89
18:25 / 31 Avqust 2026
83
18:17 / 31 Avqust 2026
161
18:14 / 31 Avqust 2026
1047
18:06 / 31 Avqust 2026
75
17:58 / 31 Avqust 2026
77
17:52 / 31 Avqust 2026
116
17:45 / 31 Avqust 2026
68
17:41 / 31 Avqust 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.