ABŞ bizimlə bağlı yekun qərarı verməyib - Zelenski
22 Noyabr 2026, 01:33
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
221
23.11.2024, 14:14
Noyabrın 20-də açıqlanan məxfi sənədlərə görə, Rusiya ilə Ukrayna arasında müharibə davam etdiyi vaxtda, Almaniyanın mümkün müharibə ssenarisinə hazırlaşdığı bildirilir.
OXU24.COM xəbər verir ki, bu barədə Almaniyanın “Frankfurter Allgemeine Zeitung” qəzeti yazıb.
Məlumata görə, “Deutschland əməliyyatı” kimi tanınan plan Berlinin Rusiyadan gələn nüvə təhdidlərinə cavab olaraq 800 min NATO əsgərinin, o cümlədən ABŞ qüvvələrinin Ukraynaya yerləşdirilməsinə necə dəstək verə biləcəyini ehtiva edir.
Min səhifəlik sənəd
Min səhifəlik sənəd mümkün hərbi ssenarilər üçün planın təfərrüatlı təlimatlarını təqdim edir, xüsusi qorunma tələb edən kritik infrastrukturu təsvir edir və müdafiə və ya böhran ssenariləri zamanı görüləcək tədbirləri müəyyənləşdirir.

Almaniya logistik mərkəz kimi xidmət edəcək
Sənədə əsasən, NATO-nun şərq cinahında gərginliyin artacağı təqdirdə Almaniya qoşunların, hərbi texnikanın, ərzaq təchizatının və tibbi yardımın ötürülməsi üçün mühüm mərkəz rolunu oynayacaq.
Hamburqda keçirilən görüşdə Hamburq Regional Komandanlığının rəhbəri polkovnik-leytenant Jörn Plişke şirkətlərə işçilərə yük maşını sürmək kimi böhranla bağlı bacarıqlar öyrətməyi tövsiyə edib.

Hamburqda ticarət, sənaye və kənd təsərrüfatı nümayəndələri ilə də görüşlər keçirilib. Oxşar təşəbbüslər ölkə daxilində də həyata keçirilir.
Plişke Rusiyanın 4-5 ildən sonra daha da qərbə hücum etmək istəyəcəyini və bacaracağını iddia edib: “Hazırda Rusiya ayda 25, Almaniya isə 3 tank istehsal edir. Hazırlıqların sürəti artırılmalıdır”.
01:34 / 22 Noyabr 2026
6
01:33 / 22 Noyabr 2026
39
23:53 / 21 Noyabr 2026
384
23:41 / 21 Noyabr 2026
154
23:11 / 21 Noyabr 2026
829
23:00 / 21 Noyabr 2026
121
22:47 / 21 Noyabr 2026
322
22:32 / 21 Noyabr 2026
173
22:20 / 21 Noyabr 2026
477
22:02 / 21 Noyabr 2026
371
21:49 / 21 Noyabr 2026
133
21:32 / 21 Noyabr 2026
562
21:27 / 21 Noyabr 2026
164
21:20 / 21 Noyabr 2026
145
21:17 / 21 Noyabr 2026
785
20:49 / 21 Noyabr 2026
1136
20:33 / 21 Noyabr 2026
184
20:09 / 21 Noyabr 2026
2004
19:14 / 21 Noyabr 2026
804
19:12 / 21 Noyabr 2026
224
18:41 / 21 Noyabr 2026
165
18:29 / 21 Noyabr 2026
162
18:19 / 21 Noyabr 2026
158
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.