Milli Məclisin sədri Sahibə Qafarova onlarla görüşdü
31 Avqust 2026, 23:56
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
255
19.11.2024, 11:52
Norveçin beynəlxalq inkişaf naziri Anne Beate Tvinreymin APA-ya müsahibə verib.
Oxu24.com həmin müsahibəni təqdim edir:
- Xanım Tvinreym, ilk növbədə Bakıda keçirilən COP29 və burada müzakirə olunan məsələlərlə bağlı fikirlərinizi öyrənmək istəyərdik.
- Birincisi, onu demək istəyirəm ki, Norveç hökuməti olaraq, biz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının və ya qısaca desəm, COP29-un Azərbaycanda keçirilməsindən və burada iştirak etməkdən məmnunuq. Budəfəki COP çox gözəl təşkil olunub, bütün elementlər son dərəcə mükəmməl şəkildə düşünülüb. Bu, çox vacib məsələdir, çünki sözügedən konfransa iştirakçı qismində gələn ölkələrin fəaliyyəti çox mühüm xarakter daşıyır. Onu deyə bilərəm ki, bizim danışıqçılardan ibarət qrupumuz yekun razılaşmaya nail olmaq istiqamətində son dərəcə gərgin fəaliyyət göstərir. Biz inanırıq ki, tərəflər yekunda iqlim maliyyəsi üzrə razılığa gələ biləcək. Eyni zamanda məlumdur ki, danışıqlar son dərəcə mürəkkəb şəraitdə aparılır, tərəf ölkələrin irəli sürdüyü tələblər həddindən artıq çoxdur. Buna baxmayaraq, Norveç yekun sənədin razılaşdırılacağına inanır.
- Sizcə, hansı məsələlər danışıqların yekununda tərəflərin yekun razılıq əldə etməsi yolundakı addımların önündə maneə yarada bilər?
- Biz iqlim maliyyəsi üzrə razılığın əldə olunacağına çox inanırıq və buna ümid edirik. Biz onu da bilirik ki, inkişaf etməkdə olan bir çox ölkənin iqlim maliyyəsinin məbləği ilə bağlı tələbləri çox yüksəkdir. Norveç və mən əminəm ki, bir çox ölkə yekun sənədin imzalanması üçün səylərini davam etdirəcək. Çünki biz bu məqamın çox həlledici və önəmli olduğunu başa düşürük. Mən hesab edirəm ki, iqlim maliyyəsi ətrafında müzakirələr çox vacibdir. Biz onun təmin edilməsi üçün özəl sektorun dəstəyindən yararlanmaq və əmin olmaq istəyirik ki, əksər ölkə iqlim maliyyələşməsinin ayrılması üçün təşəbbüskarlıq nümayiş etdirəcək.
- Xanım nazir, Norveçin COP29-un yekun sənədinin əldə olunmasına dair mövqeyi nədən ibarətdir?
- Biz bilavasitə yaşıl enerjidən istifadəyə keçidin təmin edilməsi məqsədilə COP29-un yekun sənədinin razılaşdırılmasında son dərəcə maraqlıyıq. Bu sahədə kifayət qədər maliyyə vəsaitinin təmin olunmasına ehtiyac çox böyükdür. Bunun üçün isə ölkələri bir çoxu daha artıq məbləğdə vəsaitin maliyyələşdirilməsini təmin etməli, eyni zamanda bu prosesə özəl sektorun təmsilçiləri də cəlb olunmalıdır. Çünki biz yaşıl enerji sahəsinin inkişafına böyük maliyyə axınının cəlbinə nail ola bilməsək, dünyada yaşıl enerjiyə keçid mümkün olmayacaq.
- Norveçin COP29-a önəm verməsini, yekun sənədin razılşamdırılmasın maraqlı olduğunu vurğulayırsınız. Lakin Norveç hakimiyyəti COP29-da rəhbərlik səviyyəsində təmsil olumadı. Bu barədə nə deyə bilərsiniz?
- Bu məsələni şərh etmək mənim səlahiyyətimdə deyil, ona görə də mən bu suala cavab verə bilməyəcəm. Bu sualın aidiyyəti üzrə ünvanlamasını daha məqsəduyğun sayıram.
- Norveçlə Azərbaycan arasında energetika sahəsində əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?
- Həm Norveç, həm də Azərbaycan nəhəng neft istehsalçısı olan ölkələrdir. Əlbəttə ki, bu amil hər iki ölkəyə əhəmiyyətli üstünlüklər qazandırır. Lakin mən hesab edirəm ki, hər iki ölkə enerji transformasiyası prosesini sürətləndirməlidir. Çünki ölkələrimiz arasında neft hasilatı sektorunda mövcud olan rəqabət qabiliyyəti və istehsal göstəricilərinə texnologiya sahəsində də ehtiyac var. Yekunda isə əlavə etmək istəyirəm ki, yaşıl enerji transformasiyasının sürətləndirilməsi bizim hər birimizdən asılıdır.
08:13 / 01 Sentyabr 2026
1
08:11 / 01 Sentyabr 2026
5
08:02 / 01 Sentyabr 2026
18
07:40 / 01 Sentyabr 2026
38
07:07 / 01 Sentyabr 2026
110
04:50 / 01 Sentyabr 2026
77
00:55 / 01 Sentyabr 2026
216
00:52 / 01 Sentyabr 2026
430
00:40 / 01 Sentyabr 2026
166
00:00 / 01 Sentyabr 2026
351
23:56 / 31 Avqust 2026
120
23:49 / 31 Avqust 2026
144
23:39 / 31 Avqust 2026
126
23:28 / 31 Avqust 2026
234
23:16 / 31 Avqust 2026
107
23:11 / 31 Avqust 2026
337
23:10 / 31 Avqust 2026
437
23:06 / 31 Avqust 2026
2293
23:04 / 31 Avqust 2026
90
22:35 / 31 Avqust 2026
104
21:39 / 31 Avqust 2026
136
21:32 / 31 Avqust 2026
1040
21:26 / 31 Avqust 2026
108
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.