Açılışda iştirak edən Prezidentlərlə bağlı maraqlı FAKT - Bəs Putin? - FOTOLAR
01 Sentyabr 2026, 09:32
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
306
19.11.2024, 09:10
Böyük Britaniya və ABŞ COP29 çərçivəsində sənayenin karbon emissiyalarını azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək üçün qabaqcıl nüvə texnologiyalarının tətbiqini sürətləndirmək məqsədilə birgə əməkdaşlığa başlayıb.
OXU24.COM xəbər verir ki, Bakıda keçirilən iqlim danışıqları zamanı Böyük Britaniyanın enerji naziri Ed Milibend və ABŞ-ın enerji katibinin müavini David Turk nüvə reaktorları üzrə çoxtərəfli tədqiqat sazişi imzalayıblar.
Bu saziş dünya üzrə aparıcı akademik institutlar və nüvə texnologiyaları üzrə innovatorlar da daxil olmaqla, milyardlarla funt-sterlinq dəyərində nüvə tədqiqat və inkişaf resurslarını bir araya gətirəcək. Məqsəd qabaqcıl nüvə texnologiyaları haqqında məlumat mübadiləsini dəstəkləmək və bu texnologiyaların 2030-cu ilədək sənayedə tətbiqini təmin etməkdir. Qabaqcıl modul reaktorlar kimi yeni texnologiyalar aviasiya yanacağı, hidrogen və ya polad istehsalı kimi ağır sənayeni karbon emissiyalarından azad etmək üçün aşağıkarbonlu istilik və enerji təmin edə bilər. Bu reaktorlar kiçikölçülü olub zavodlarda istehsal oluna bilər ki, bu da onların tikinti prosesini daha sürətli və sərfəli edir.
Yeni saziş 2025-ci il martın 1-dən qüvvəyə minəcək və həmçinin Kanada, Fransa, Yaponiya, Koreya Respublikası, Cənubi Afrika Respublikası, Çin, İsveçrə və Avstraliya tərəfindən imzalanacağı gözlənilir.
09:32 / 01 Sentyabr 2026
15
09:30 / 01 Sentyabr 2026
22
09:27 / 01 Sentyabr 2026
26
09:24 / 01 Sentyabr 2026
26
09:23 / 01 Sentyabr 2026
26
09:22 / 01 Sentyabr 2026
39
09:20 / 01 Sentyabr 2026
30
09:02 / 01 Sentyabr 2026
36
08:54 / 01 Sentyabr 2026
37
08:31 / 01 Sentyabr 2026
46
08:13 / 01 Sentyabr 2026
86
08:11 / 01 Sentyabr 2026
47
08:02 / 01 Sentyabr 2026
76
07:40 / 01 Sentyabr 2026
70
07:07 / 01 Sentyabr 2026
152
04:50 / 01 Sentyabr 2026
98
00:55 / 01 Sentyabr 2026
243
00:52 / 01 Sentyabr 2026
473
00:40 / 01 Sentyabr 2026
177
00:00 / 01 Sentyabr 2026
400
23:56 / 31 Avqust 2026
125
23:49 / 31 Avqust 2026
154
23:39 / 31 Avqust 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.