Qaynar xətt:

(+99450) 247 90 86

Prezidentdən SABAH proqramı ilə bağlı- Sərəncam

Prezidentdən SABAH proqramı ilə bağlı- Sərəncam

SİYASƏT

186

15.11.2024, 15:20

Prezident İlham Əliyev ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə Sərəncam imzalayıb.

Oxu24.com un məlumatına görə, Sərəncamda qeyd edilir ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin müasirləşməsi məqsədilə ali təhsildə tətbiq olunan yeni məzmunlu proqramların əhatə dairəsinin və keyfiyyətinin artırılması üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Bu baxımdan, ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə yaradılmış və 2014-cü ildən fəaliyyətə başlayan SABAH proqramı çərçivəsində ali təhsil sistemində yeni məzmunlu proqramların tətbiqi təcrübəsi özünü doğruldur. Bu proqram çərçivəsində tədrisin mütərəqqi forma və metodlarının tətbiqi, ixtisas üzrə kompetensiyalara tam yiyələnmənin təmin olunması, dərinləşdirilmiş xarici dil tədrisi, tələbələrə əlavə təqaüd verilməsi, onların xarici mübadilə proqramlarında iştirakı imkanlarının artırılması, tələbəyönümlü tədrisin və tədrisdənkənar fəaliyyətin təşkili kimi üstünlüklər gənclərin ali təhsilin yeni məzmunlu təhsil proqramlarına marağını daha da artırıb.

Sərəncamla ali təhsil sistemində kəmiyyət əsaslı maliyyələşdirmədən keyfiyyət əsaslı maliyyələşdirməyə keçidin təmin olunması və maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə qərara alınır:

- SABAH proqramının əhatə dairəsi 2025‒2026-cı tədris ilindən başlayaraq mərhələlərlə 2028-ci ilədək genişləndirilsin.

- SABAH proqramı ilə təhsil alan tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi müvafiq illərin dövlət büdcəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş məqsədli vəsaitlər hesabına təmin edilsin.

- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

- Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi:

- mülkiyyət formasından asılı olmayaraq, ali təhsil müəssisələrində SABAH proqramının təşkili ilə bağlı tələbləri müəyyən etsin;

- hər növbəti tədris ili üçün SABAH proqramı təşkil ediləcək ali təhsil müəssisələrinin siyahısını, təhsilalanların sayını, hər bir təhsilalana düşən illik təhsil xərcinin miqdarını və ilkin mərhələdə tədrisin təşkili ilə bağlı digər xərclərin (yeni məzmunlu təhsil proqramlarının hazırlanması, tədris infrastrukturunun və maddi-texniki bazanın formalaşdırılması və s.) maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin həcmini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etsin.

 

ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”  

15:16 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

ZAUR ŞÜKÜROV: “İlham Əliyevin Bişkek səfəri Azərbaycanın regional və beynəlxalq mövqeyini daha da gücləndirir”  

84

0
Atadan övlada hansı irsi xəstəliklər keçir?  

15:10 / 01 Sentyabr 2026

TİBB TİBB

Atadan övlada hansı irsi xəstəliklər keçir?  

87

0
34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

15:08 / 01 Sentyabr 2026

KRİMİNAL KRİMİNAL

34 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

64

0
General-polkovnik Vilayət Eyvazov idarə rəislərinə müvafiq tapşırıqlar verib

15:03 / 01 Sentyabr 2026

HÜQUQ HÜQUQ

General-polkovnik Vilayət Eyvazov idarə rəislərinə müvafiq tapşırıqlar verib

868

0
Gecələr xoruldayanların NƏZƏRİNƏ: İnfarkt, insult və qəfil ölüm riski yaradır  

14:37 / 01 Sentyabr 2026

TİBB TİBB

Gecələr xoruldayanların NƏZƏRİNƏ: İnfarkt, insult və qəfil ölüm riski yaradır  

76

0
Prezident: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfliliyə töhfə verməyə davam edəcək 

14:36 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Prezident: Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəfliliyə töhfə verməyə davam edəcək 

71

0
Mirşahin Ağayev müraciət etdi

14:30 / 01 Sentyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Mirşahin Ağayev müraciət etdi

105

0
Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb 

14:30 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Sahibə Qafarovanın Parlamentlərarası İttifaqın Baş katibi vəzifəsinə namizədliyi irəli sürülüb 

61

0
İlham Əliyev: Qətnamələrin icrasında BMT rol oynamayıb

14:24 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev: Qətnamələrin icrasında BMT rol oynamayıb

66

0
İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir 

14:21 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

İlham Əliyev: Bakı və İrəvan qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyir 

67

0
Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib

14:20 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış edib

72

0
Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI

14:20 / 01 Sentyabr 2026

SİYASƏT SİYASƏT

Ərdoğan Azərbaycanla bağlı ŞAD XƏBƏRİ AÇIQLADI

94

0