Paşinyan Putinlə dialoqu davam etdirmək üçün Moskvaya gedəcək
01 Sentyabr 2026, 23:47
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
240
13.11.2024, 12:46
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Odil Reno-Basso ilə görüşüb.
Oxu24.com xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyev və Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Odil Reno-Bassonun iştirakı ilə “Gəncə şəhərində su təchizatı və kanalizasiya sistemlərinin, yağış sularının idarəetmə sisteminin yenidən qurulması və tullantı sularının təmizlənməsi qurğusunun tikintisi üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Anlaşma Memorandumu”nun imzalanması mərasimi olub.
Görüşdə dövlət başçısı imzalanan Memorandumun əhəmiyyətinə toxunub, bununla da əməkdaşlığımızın gündəliyində çox mühüm bir səhifənin açıldığını deyib və bu sənədin imzalanmasını əməkdaşlığımızda növbəti önəmli mərhələ kimi dəyərləndirib.
Prezident İlham Əliyev Odil Reno-Bassonun COP29-da iştirakına görə təşəkkürünü bildirib. Tədbirin əhəmiyyətini vurğulayan dövlət başçısı burada artıq çox səmərəli nəticələrin əldə olunduğunu qeyd edib.
Qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə minnətdarlığını bildirən Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti COP29-un çox əhəmiyyətli bir tədbir olduğunu deyib. Qonaq imzalanan sənədi əməkdaşlığımızda önəmli hadisə kimi qiymətləndirib.
Söhbət zamanı Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında perspektiv layihələr və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin oxuyun
23:47 / 01 Sentyabr 2026
54
23:41 / 01 Sentyabr 2026
154
23:12 / 01 Sentyabr 2026
60
23:04 / 01 Sentyabr 2026
79
22:53 / 01 Sentyabr 2026
50
22:31 / 01 Sentyabr 2026
61
22:00 / 01 Sentyabr 2026
77
21:54 / 01 Sentyabr 2026
96
21:40 / 01 Sentyabr 2026
108
21:37 / 01 Sentyabr 2026
184
21:22 / 01 Sentyabr 2026
82
21:09 / 01 Sentyabr 2026
74
20:51 / 01 Sentyabr 2026
65
20:37 / 01 Sentyabr 2026
174
20:18 / 01 Sentyabr 2026
81
20:13 / 01 Sentyabr 2026
83
20:07 / 01 Sentyabr 2026
105
19:58 / 01 Sentyabr 2026
741
19:50 / 01 Sentyabr 2026
111
19:25 / 01 Sentyabr 2026
122
19:00 / 01 Sentyabr 2026
95
18:49 / 01 Sentyabr 2026
87
18:36 / 01 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.