Qaynar xətt:

(+99450) 247 90 86

COP29-da iştirak etmək üçün bu gecə Bakıya gələn LİDERLƏR – SİYAHI

COP29-da iştirak etmək üçün bu gecə Bakıya gələn  LİDERLƏR – SİYAHI

SİYASƏT

300

11.11.2024, 10:30

Məlum olduğu kimi, bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) start verilir.


Oxu24.com xəbər verir ki, bu gün gecə saatlarında daha bir neçə ölkənin və təşkiların rəhbərləri COP29-da iştirak etmək üçün ölkəmizə səfər ediblər.

Həmin şəxslərin siyahısını təqdim edirik:

Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev;


Belçika Krallığının Baş naziri Aleksandr De Kro;


Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel;



Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Baş katibi Kayrat Sarıbay;


Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb;


Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç.


Qeyd edək ki, COP29 konfransı 11-22 noyabr tarixlərində keçiriləcək.